Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Əməkdaşlıq əlaqələri bərpa ediləcək

 

Bu günlərdə Xəzər Universitetinin tarix və arxeologiya departamentinin əməkdaşlarının Rusiya Elmlər Akademiyası Maddi-mədəniyyət Tarixi İnstitutunun aparıcı alim-arxeoloqu, "Xaraba Gilan" arxeoloji ekspedisiyasının Plovdağda apardığı qazıntıların, Naxçıvanda və Qəbələdə keçirilmiş beynəlxalq konfransların iştirakçısı olmuş Natalya Nikolayevna Skakun ilə görüşü olub.

Səmimi keçən görüşdə qonaq arxeoloji tədqiqatlarda tətbiq olunan mütərəqqi üsullar haqqında məruzə ilə çıxış edib. Məruzədə həmin institutun eksperimental - trasoloji laboratoriyasının fəaliyyəti haqqında verilən məlumat böyük maraq doğurub. Qeyd olunub ki, hələ keçən əsrin 70-80-ci illərində Azərbaycanın e.ə. VI minilliyinə aid erkən əkinçilik mədəniyyəti abidələrindən tapılan daş alətlər ilk dəfə məhz bu laboratoriyada tədqiq edilmişdir. Həmin alətlərin öyrənilməsi bilavasitə Xəzər Universitetinin tarix və arxeologiya departamentinin müdiri Roza Arazovanın adı ilə bağlıdır.

Görüşdə əməkdaşlıq əlaqələrinin bərpa olunması və genişləndirilməsinin vacibliyi məsələsi müzakirə olunub, bu baxımdan Xəzər Universitetində nəşr olunan "Azərbaycan arxeologiyası" jurnalının önəmli rol oynadığı vurğulanıb.

Tədbirdə elmi əlaqələrin davamlı və hüquqi əsaslarla həyata keçirilməsi məqsədilə bu qurumlar arasında əməkdaşlıq haqqında müqavilələrin bağlanması barədə razılıq əldə edilib. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov