Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Beynəlxalq müsabiqələr qalibi

 

Son illər istedad və bacarıqları ilə seçilən, müxtəlif beynəlxalq müsabiqə və  festivallarda iştirak  edərək mütəmadi olaraq  uğurlar qazanan uşaq, yeniyetmə və gənclərimizin sayı durmadan artır və bizi sevindirir. Onların səsi  dünyanın ən mötəbər müsabiqələrində eşidilir. Qazanılan hər bir qələbə isə  onların gələcək sənət yollarına işıq saçır. Xüsusilə istedadlı  uşaqlara dövlət tərəfindən diqqət və qayğı daim artır.

Belə istedadlı  yeniyetmələrdən biri də Jalə Eldəniz qızı Mayılovadır. O, 2000-ci ildə  Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərən Jalənin  valideynləri onu  Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinə gətirirlər. Müsabiqə yolu ilə  əməkdar müəllim Tamilla  Məmmədovanın sinfinə daxil olur, fortepianonun sirlərinə dərindən yiyələnməyə çalışır və ilk gündən  müəllimlərinin etimadını doğruldur. Yaşının az olmasına baxmayaraq, bir sıra  uğurlara imza atan Jalə 2010-cu ildə Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən  Şopen müsabiqəsində iştirak edərək diplomla mükafatlandırılıb. 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə  keçirilən VIII Respublika baxış-müsabiqəsində I, eyni zamanda bu ilin aprelində  Gənclər və İdman Nazirliyi ilə İSESKO-nun dəstəyi, "Kainat" Gənclik mərkəzinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən  İslam dünyası  gənclərinin 20 yaşadək klassik musiqi  ifaçılarının I beynəlxalq müsabiqəsində  I yerə sahib çıxıb. J.Mayılova  Yuri Başmetin rəhbərliyi ilə Rusiyanın Samara vilayətində  təşkil olunan Uşaq Musiqi Akademiyasında  Rostislav Krimerdən ustad dərsləri alıb, məharətli çıxışına görə  fərqlənərək qala konsertdə iştirak etmək hüququ qazanıb, diplom və kuboka layiq görülüb. Jalə bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  keçirilən gənc pianoçuların  II Respublika müsabiqəsinin də laureatı olub. İyulda isə Jalə Mayılova daha bir qələbəyə imza atıb. Almaniyanın Münhen şəhərində keçirilən "Münhen ulduzları" müsabiqəsində  həm solo, həm də ansambl nominasiyalarında qızıl medala layiq görülüb. 2012-ci ilin sentyabrında o, Ukraynada keçirilən  X beynəlxalq musiqi müsabiqəsində  "İndividualis" laureat adını qazanıb. Müsabiqənin prezidenti və münsiflər heyəti tərəfindən Jaləyə ünvanlanan  məktubda  onun xüsusi ustalıqla əsərlərinin ifaçısı  olduğu vurğulayıb və müəllimi  Tamilla Məmmədovaya təşəkkür ifadə olunub. Növbəti uğuru isə 2012-ci ildə Macarıstanın Budapeşt şəhərində keçirilən II festival müsabiqədə olub. Belə ki, Böyük Britaniya, Macarıstan, Azərbaycan, Rusiya, Ukrayna, Yaponiyadan istedadlı uşaqların qatıldığı "Budapeştin ulduzları - gənclik, ilham, istedad" və noyabrda "Macar oyunları" XIV  Beynəlxalq festival-müsabiqədə  həm solo fortepiano, həm də ansambl nominasiyalarında  4 birincilikdə  2 qızıl medal və mükafatla vətənə  dönüb. Macarıstandan Jaləyə yanvar ayında Polşada konsert vermək təklifi olunub. Qeyd edək ki, bu nailiyyətlərin qazanılmasında müəllimi Tamilla Məmmədovaya təşəkkürünü bildirən Jalə  gələcəkdə respublikamızın ən nüfuzlu səhnələrində solist pianoçu  kimi uğurla çıxış edəcəyini vurğuladı. Bildirdi ki, Azərbaycan və dünya bəstəkarlarının mahnılarının ifaçısına çevriləcək və həm  də oxuduğu  81  nömrəli məktəbin adını həmişə ucaldacaq. 

Sifai  SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov