Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

23 Noyabr 2012 - №46

 

Şagirdlərinin uğurlarına sevinən müəllim

 

2012-ci ilin ölkəmizdə  idman ili olduğundan Bakıdakı 171 nömrəli tam orta məktəbdə  idmanın müxtəlif bölmələrində aparılan  tədbirlər yüksək səviyyədə  təşkil olunur. Voleybol, basketbol, şahmat, dama, stolüstü tennis bölmələrində şagirdlər fəallıq göstərirlər.  

Onlar idmançı kimi nəinki məktəb daxilində, rayon və şəhər üzrə keçirilən yarışlarda, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir, uğurlarını artırırlar. Bu  uğurların  qazanılmasında məktəbin fiziki tərbiyə müəllimi Barat Orucovun da zəhməti böyükdür. B.Orucov  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra 10 ildir ki,  gənc nəslin fiziki tərbiyəsi  ilə məşğul olur, məktəbdə idmanın taekvando növü  üzrə  bölmələr  aparır. O, 2006-ci ildə idmanın taekvando növü üzrə beynəlxalq dərəcəli məşqçi və hakim adını qazanmışdır. Eyni zamanda 2010-cu ildə Avro-Asiya, 2011-ci ildə isə  Şimali Kiprin  Lefkoşa  şəhərində  taekvando üzrə keçirilən yarışlarda  I yeri tutaraq   qızıl medal almışdır. Bütün bunlarla  yanaşı, Barat müəllimin Azərbaycanı dünya miqyasında  təmsil etmiş  xüsusi istedada malik yeniyetmələrin aşkarlanmasında da  böyük əməyi olmuşdur.

Bu gün şagirdləri ilə fəxr edən fiziki tərbiyə müəllimi Barat Orucov   oğlu, məktəbin III sinif şagirdi Alişan Orucovun da uğurlarından söz açdı. 2011- 2012-ci illərdə  Alişan Şimali Kiprdə idmanın  taekvando növü üzrə keçirilən yarışlarda yaşıdları arasında I yeri tutaraq qızıl medal  qazanıb.

Bu gün öz peşəsinin vurğunu olan Barat Orucov qazandığı nailiyyətlərlə heç də kifayətlənmir, o, şagirdləri arasında Azərbaycanı dünyada təmsil edə biləcək daha  layiqli  idmançıların hazırlanmasında   səylə çalışır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov