Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Şagird və müəllimlər Londonda dil kursları keçiblər

 

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksindən verilən məlumata görə, bu təhsil ocağının 20 nəfər şagird və müəllimi, o cümlədən valideyn komitəsinin 4 üzvü "London House" ingilis dili məktəbi ilə bağlanmış müqaviləyə əsasən Londonda payız tətili günlərində qısamüddətli dil kurslarında iştirak ediblər. Universitetin profilinə uyğun olaraq kompleksdə 4 xarici dil: ingilis, rus, alman və fransız dilləri tədris olunduğundan şagirdlərin dil praktikasını genişləndirmək məqsədilə bu tədris ilindən Almaniya və Böyük Britaniya dil tədrisi mərkəzləri ilə əlaqələr yaradılmış, bir sıra müştərək layihələrə başlanılmışdır.  "London House" məktəbində birhəftəlik intensiv ingilis dili kursları ingilis dili məktəbi müəllimlərinin müşayiəti ilə ölkənin bir sıra şəhərləri, tarixi yerləri və muzeyləri, o cümlədən Londonun görməli yerləri ilə tanışlıq şagird, müəllim və valideynlərin böyük marağına səbəb olub. Dil hazırlığı səviyyəsinə uyğun olaraq dörd qrupda məşğul olan müəllim, şagird və valideynlərə kursun sonunda müvafiq sertifikatlar verilib. İngilis dili üzrə beynəlxalq hazırlıq mərkəzi kimi tanınan bu tədris ocağında Azərbaycan mətbəxi, mahnı və rəqsləri təqdim olunan gecəyə Çin, Fransa və İspaniyadan gəlmiş dinləyicilər, müəllimlər dəvət almışdılar.

"London House" ingilis dili məktəbinin direktoru Martine Jean-Louis və BSU Məktəb-Lisey Kompleksinin direktoru Telman Cəfərov əməkdaşlıq müqaviləsinin genişləndirilməsi və konkret müştərək layihələrin reallaşdırılması barədə razılığa gəlmişlər. 

Şakir CƏFƏROV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov