Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Sumqayıt Dövlət Universitetində növbəti elmi konfrans

 

Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının 50 illik yubileyi çərçivəsində növbəti elmi konfrans işə başladı. Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları II Respublika elmi konfransını SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq qeyd etdi ki, ali məktəbin 50 illik yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev universitetin əməkdaşlarının yubiley sevincinə sevinc qatdı. Universitetin 16 əməkdaşının fəxri adlar və medallara layiq görülməsi dövlət başçımız tərəfindən ölkənin elm və təhsil işçilərinin, eləcə də Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Rektor bildirdi ki, cari il ərzində universitetdə 2 beynəlxalq, 5 respublika konfransı keçirilib. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkəmizdə prioritet sahələrdəndir. Bu gün həyatımızı bu texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Bugünkü konfrans çərçivəsində 150-yə qədər məruzə dinləniləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə yanaşı Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının əməkdaşlarının da konfransda çıxışları olacaq", - deyə N.Qəhrəmanov qeyd etdi.

Konfransın plenar iclasında daha sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyevin "İKT-yə və biliklərə əsaslanan yeni cəmiyyətin və iqtisadiyyatın formalaşması prinsipi", AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun professoru Tahir Hacıyevin "Qeyri-xətti diferensial tənliklərin həllərinin keyfiyyət xassələri haqqında", Sumqayıt Dövlət Universitetinin professoru Fazil Ələkbərlinin "Obyektin keçid xarakteristikasına görə ötürmə funksiyasının avtomatik identifikasiyası" mövzularında çıxışları dinlənildi.

Növbəti gün konfrans öz işini bölmə iclaslarında davam etdirdi, mövzunun ayrı-ayrı istiqamətləri ilə əlaqədar məruzələr dinlənildi. Universitetin elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov konfransın işinə yekun vuraraq aparılan müzakirələrin əhəmiyyətli olacağına əmin olduğunu ifadə etdi. 

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov