Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr olunan tədbir

 

C.Cabbarlının ev-muzeyində  görkəmli satirik şair  Mirzə Ələkbər Sabirin  150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Ziyalıların, ədəbiyyatşünas alimlərin dəvət olunduğu tədbiri  muzeyin direktoru  Qəmər Seyfəddinqızı  açaraq satirik şairin zəngin yaradıcılığından ətraflı  bəhs edib. Çıxışda şairin yaradıcılığında dövrün haqsızlıqlarından, avam  kütlələrin qəflət yuxusunda  qalmasından, savadsızlıqdan, cəhalətdən ustalıqla  bəhs olunduğundan  söz açılıb. Sonra  "Sabir inqilabi satiranın mübariz bayraqdarıdır!", "C.Cabbarlı yaradıcılığında  M.Ə.Sabir ənənələri", "M.Ə.Sabir və "Molla Nəsrəddin" jurnalı  mövzularında  məruzələr dinlənilib.

Tədbirdə  Nizami rayonundakı Uşaq və Gənclər Yaradıcılıq  Mərkəzi  dram dərnəyinin üzvləri  M.Ə.Sabirin satiraları  əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı  nümayiş etdiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov