Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Noyabr 2012 - №47

 

Respublika baxış-müsabiqəsinə yekun vuruldu

 

Noyabrın 28-də Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirildi. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbiri açan mərkəzin direktoru Qorxmaz Əliyev bildirdi ki, müsabiqədə ölkədə fəaliyyət göstərən 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak etmiş və respublika mərhələsinə 289 iş təqdim olunmuşdur. Müsabiqənin keçirilməsində məqsəd texniki yaradıcılıq mərkəzlərində məşğul olan məktəblilərin yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün stimulların yaradılması və dərnəklərə cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinin təşkili idi. Qeyd edildi ki, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanmış işlər nominasiyaları üzrə 10-11 və 12-13 yaşlı uşaqlar arasında keçirilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq bildirdi ki, müsabiqə artıq altıncı ildir keçirilir və ildən-ilə təqdim olunan işlər təkmilləşir. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov müsabiqənin hər bir şagirdin yaradıcılıq potensialının inkişafına təkan verəcəyini iştirakçıların nəzərinə çatdırdı. Şöbə müdiri son illər respublikamızda xüsusi istedada malik şagirdlərin potensialının üzə çıxarılması istiqamətində görülən işlərdən söz açdı. Bildirildi ki, keçirilən müsabiqələrdə ən yaxşı işlər seçilərək fotoşəkilləri çəkilmiş və kataloq şəklində buraxılmasına başlanmışdır. Hazırda Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımına həsr olunmuş "Uşaqlar və müharibə" mövzusunda keçirilən rəsm müsabiqəsinin kataloqu yaxın günlərdə çapdan çıxacaq. A.İbrahimov qalibləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Xatirə şəkilləri çəkdirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov