Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Tar ifaçılarının muğam müsabiqəsi

 

Dekabrın 4-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar  ifaçılarının muğam müsabiqəsi keçirilib. Kollec üzrə 1 dekabr 2012-ci il tarixli 30/9 saylı əmrlə istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədi ilə keçirilən müsabiqə görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti Əhmədxan Bakıxanovun  120 illik yubileyinə həsr olunub. Sözügedən əmrlə müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibləri təsdiq olunub.

İki mərhələdən ibarət olan müsabiqənin  ilk seçim mərhələsində kollecin 109 nəfər  tar ifaçısı, II-IV kurs tələbələri iştirak edib. Onlardan 21-i növbəti mərhələyə vəsiqə qazanıb. Dekabrın 4-də  keçirilən ikinci mərhələdə onların ifaları  Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən dinlənilərək qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən kollecin IV kurs tələbəsi Səxavət Məmmədov (müəllimi,  əməkdar artist Elçin Həşimov) I,  III kurs tələbəsi  Rüfət Mustafayev (müəllimi, Mahmud Əliyev) və IV kurs tələbəsi Orxan Rüstəmzadə (müəllimi, əməkdar artist Valeh Rəhimov) II, IV kurs tələbələri  Pərviz Musayev (müəllimi, Humay Qədimova), Elgiz  Baxşəliyev (müəllimi, əməkdar artist Əliağa Sədiyev) və II kurs tələbəsi  Cabbar Paşazadə (müəllimi, əməkdar artist Valeh Rəhimov) III yerlərə layiq görülüblər. Qaliblərə müvafiq olaraq  I, II, III dərəcəli  diplomlar təqdim olunub. Daha 5 nəfər müsabiqə iştirakçısı isə diplomlarla mükafatlandırılıb. 

Yusif ƏLİYEV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov