Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Gənc liderlər həftəsi"nə yekun vurulub

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Qafqaz Universitetində reallaşdırdığı 3-cü "Gənc liderlər həftəsi" layihəsini yekunlaşdırmışdır.

ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbələri üçün həyata keçirilən layihədə 254-dən çox müraciət ərizəsi qəbul edilmiş, onlardan 25 tələbə layihənin iştirakçısı olmaq hüququ qazanmışdır.

Layihə çərçivəsində Qafqaz Universitetinin daimi inkişaf mərkəzinin mütəxəssisləri tərəfindən gənclərə "Liderlik", "Layihələrin yazılması və idarə olunması", "Planlaşdırma və iş bölgüsü" və s. mövzularda təlimlər keçilmişdir.

Layihə iştirakçılarına, həmçinin ADPU TGT-nin təqdimatı da keçirilmişdir. Tələbələr layihə ərzində Qafqaz Universitetinin bir çox laboratoriya və araşdırma mərkəzi ilə tanış olmuşlar.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində təlimlərdə fərqlənən tələbələr ictimai-fəal gənclər kimi ADPU TGT-nin fəaliyyətinə cəlb olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov