Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Oğuz rayonunda 5 yeni məktəb binası tikilir

 

Oğuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda kəndlərdə dövlət vəsaiti hesabına 5 yeni məktəb binasının, habelə Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçasının tikintisi davam etdirilir. Filfili kənd tam orta məktəbi üçün inşa edilən 180 şagird yerlik yeni binanın tikintisi artıq başa çatmışdır. Bina yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcəkdir. Dəymədərə və Sincan kənd məktəbləri üçün inşa edilən 180 və 220 şagird yerlik yeni binaların tikintisində hazırda tamamlama işləri görülür. Bundan əlavə, 360 şagird yerlik Qumlaq və 180 yerlik Ərmənət kənd məktəblərinin tikintisinin isə 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dövlət vəsaiti hesabına rayonda şagird yerlərinin ümumi sayı 2300-ə çatan 10 yeni məktəb binası istifadəyə verilmiş, iki məktəb binası əsaslı təmir olunmuş, bir məktəb üçün 10 əlavə sinif otağı tikilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda tədrisi iki növbədə aparılan məktəblərin sayı xeyli azalmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov