Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Elektron universitet" layihəsi həyata keçiriləcək

 

Naxçıvan Dövlət Universitetində "Elektron universitet" layihəsinin yaradılması və həyata keçirilməsi ilə bağlı müşavirə keçirildi. NDU-nun rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda elektron cəmiyyət və elektron hökumət yaradılması istiqamətində görülən mühüm işlərdən, universitetdə elektron təhsilin reallaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılmasından danışdı. Qeyd olundu ki, muxtar respublika rəhbərliyinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, 108 hektarlıq ərazini əhatə edən Wi-Fi İnternet şəbəkə sistemi istifadəyə verilmiş, virtual əlaqələr genişlənmişdir. Universitetin həyata keçirdiyi ənənəvi "Elektron Naxçıvan" proqramı, buradakı Media mərkəzi və İnformasiya texnologiyaları şöbəsinın fəaliyyətləri, universitetin müasir standartlara cavab verən rəsmi İnternet səhifəsinin yaradılması, yeni "Elektron təhsil" layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır. Rektor "Elektron universitet" layihəsi, onun elektron idarəçilik, elektron təhsil, "Elektron Naxçıvan", elektron elm, elektron media kimi aparıcı istiqamətlər, layihənin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə məlumat verdi.

Müşavirədə "Elektron təhsil" şöbəsinin müdiri Hüseyn Qasımov şöbənin "Elektron təhsil" layihəsinin həyata keçirilməsi istiqamətində gördüyü işlər, elektron imtahanla əlaqədar proqram təminatı, İnformasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçiriləcək "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi, layihənin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr, tədris şöbəsinin əməkdaşı Kamran Vəlizadə universitetin beynəlxalq reytinq cədvəlində iştirakını təmin etmək məqsədilə görülən işlər barədə məlumat verdilər.

Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov  çıxış edərək KOİCA ilə birgə reallaşdırılacaq layihənin həyata keçirilməsi üçün akademik idarəetmə sistemi, texniki təminat, portal, multimedia, elektron sənədləşmə üzrə yaradılan işçi qruplarından, onların fəaliyyətlərindən bəhs etdi.

Müşavirədə "Elektron universitet" layihəsi ilə bağlı müzakirələr aparıldı, təkliflər irəli sürüldü.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat  şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov