Dekabrın
4-də Azərbaycan Dillər Universitetinin rektoru,
professor Səməd Seyidov Hindistanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri cənab Vinod Kumarı
qəbul etdi. Qonağı salamlayan rektor onu ADU-da
görməkdən məmnun olduğunu bildirdi. Ölkələrimiz arasında
əlaqələrin çox vacib olduğunu bildirən professor Səməd
Seyidov nəinki dil və mədəniyyət sahəsində, eyni zamanda
digər sahələrdə də əməkdaşlığın bir çox əlaqələrin
inkişafına şərait yaradacağını dedi. Rektor ADU-da
hindi dili mərkəzinin fəaliyyəti və universitetlə
səfirlik arasındakı əlaqələrdən söz açdı. O, Hindistan
universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd
etdi.
Səfir Vinod Kumar ölkələrimiz arasında təhsil sahəsində
əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU ilə
əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etdi.
Səfir Hindistan və Azərbaycan arasında bir çox
oxşarlıqların olduğunu bildirdi. O, ADU ilə
əməkdaşlıqdan və universitetdə hindi dilinin tədris
olunmasından məmnun olduğunu dilə gətirdi. Görüşdə
gələcək əməkdaşlıq perspektivləri, yeni layihələrin
həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi,
tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi
aparıldı.
ADU-nun Mətbuat xidməti |