Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Psixoloq" qəzetinin 50-ci nömrəsinin təqdimat mərasimi

 

Dekabrın 6-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Psixoloq" qəzetinin 50-ci nömrəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə psixologiya elminin, təhsil ictimaiyyətinin görkəmli nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər. BPKİYİ-nin rektoru, professor Asəf Zamanov tədbiri açaraq Azərbaycanda söz və mətbuat azadlığının qorunması, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində yaradılmış münbit şəraitdən danışmış, vətəndaş cəmiyyəti quruculuğunu qarşıya məqsəd qoyan və demokratik inkişaf yolu seçən hər bir dövlət üçün bu amillərin xüsusi rolunu qeyd etmişdir.

Natiq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda mətbuatın inkişafına daim xüsusi diqqət ayırdığını və bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı, mətbuatın yaranma tarixi, min illərlə bundan əvvəl mövcud olmuş informasiya daşıyıcıları barədə məlumat verdi. Sonra institutun, həmçinin "Psixoloq" qəzetinin fəaliyyətinin bəzi məqamlarına toxunaraq qonaqlara institut üçün əhəmiyyətli olan bu tədbirdə iştiraklarına görə təşəkkürünü bildirdi və qəzetin redaksiya heyətini təbrik etdi. Hazırda psixoloji xidmətin cəmiyyətin inkişafında xüsusi əhəmiyyət daşıdığını və məhz bu məqsədlə institut tərəfindən "Psixoloq" qəzetinin təsis edildiyini diqqətə çatdırdı.

Tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan mətbuatının inkişafına dövlət qayğısı", AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev "Psixoloji maarifləndirmənin müasir dövrdə əhəmiyyəti", "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Müstəqil Azərbaycan Respublikası və mətbuatın inkişafı", baş redaktor Tahir Heydərov "Psixoloq" qəzeti 5 ildə" mövzularında məruzələrlə çıxış edərək institutun professor-müəllim heyətini, həmçinin  qəzetin əməkdaşlarını təbrik etdilər. Professor Əbdül Əlizadə, Azərbaycan Dillər Universitetinin "Poliqlot" qəzetinin baş redaktoru Zeynəb Kazımova, ADPU-nun mətbuat katibi Mənsur İbrahimov, BPKİYİ-nin  psixologiya kafedrasının müdiri Hökumə Əliyeva, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Aydın Paşayev, təbiət elmləri kafedrasının müdiri, fəlsəfə doktoru Yusif Alıyev, BPKİYİ-nin kitabxana müdiri Güldanə Mehdiyeva və digərləri çıxış edərək qəzetin fəaliyyətinə uğurlar arzuladılar.  

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov