Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Məktəbdə yubiley tədbiri

 

Bu günlərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi ilə əlaqədar Bakıdakı 129 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbir sanki Natəvanın Qarabağda təşkil etdiyi "Məclisi-üns" ədəbi məclisini xatırlatdı. Bir çox əlamətdar tədbirlərin şahidi olduğu akt zalının pərdəsi ölməz "Qarabağ şikəstəsi"nin sədaları altında açıldı və gözlərimiz önündə səfalı yurdumuz Qarabağ, onun torpağında gəzmiş, suyundan içmiş, havasından udmuş, mənəvi qida almış, incə ruhlu qəzəlləri ilə ədəbiyyatımızı rövnəqləndirən Natəvanın şəkilləri canlandı. 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Samir Mehdizadə açaraq bu işdə əməyi olan  müəllimlərə - Səfurə Hüseynova, Sevda Alıyeva və Gülnar Mikayılovaya pedaqoji  kollektiv adından minnətdarlığını bildirdi. O, Xurşidbanu Natəvanın  həyatı və yaradıcılığı barədə iştirakçıları  məlumatlandırdı. Söz şagirdlərə verildi. Onların səhnədə ifaları bir-birini əvəz etdikcə Xurşidbanu Natəvanın sənətkarlığı, mövzuların həyatla bağlılığı, elinə, obasına məhəbbəti, qayğısı, fədakarlığı bizə bir insanın sevincli və kədərli həyat tarixcəsini xatırlatdı. Məktəbin X "c" sinif şagirdi-şeir müsabiqəsinin qalibi Məryəm Mahmudovanın yaratdığı obraz ilə, IX "d" sinif şagirdi Səltənət Məmmədlinin çəkdiyi rəsm əsəri şairənin mənəvi aləmini, iç dünyasını çox canlı vəhdətdə nümayiş etdirdi. Hər bir şagird öz ifasında Xan qızının sənət aləmi, xalqına olan sevgisi,  şəxsi həyatındakı nisgilli, Qarabağ torpaqlarının əzəməti haqqında məlumat verdi. Ədəbi-bədii gecə VIII "c" sinif şagirdi Fərid Abışovun ifasında "Qarabağ" mahnısı ilə tamamlandı. Şagirdlər bu tədbirdə həm görkəmli şairəmizi yad etdilər, həm də qəlbində Qarabağ dərdi olan  xalqımıza çatdırmaq istədilər ki, belə övladları olan Vətən  heç vaxt düşmən tapdağı altında qala bilməz.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov