Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

"Göyərçin"in yeni nömrələri işıq üzü görüb

 

Kiçikyaşlı uşaqların sevimli jurnalı olan "Göyərçin"in 11 və 12-ci nömrələri artıq çapdan çıxıb. Jurnalın bu nömrələri öz nəfis tərtibatı, dərc olunmuş yazılarının mövzu və janr rəngarəngliyi ilə seçilir.

Dərginin 11-ci nömrəsinin 2-ci və 3-cü səhifələrində sevimli şairimiz Rafiq Yusifoğlunun 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə, 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Gününə, 6 noyabr - Bakı metrosunun işə başladığı günə (1967), 12 noyabr - Konstitusiya Gününə, 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş bir-birindən maraqlı şeirləri dərc olunub.

Bu nömrədə xalq yazıçısı Hüseyn Abbaszadənin 90 illik yubileyi münasibəti ilə müəllifin kiçikyaşlı uşaqlar üçün yazdığı "Əkizlər", "Nərgiz və Nərgiz gülü" hekayələri, Mir Sabirin və özbək şairi Tursunboy Adaşbəyevin şeirləri, yazıçı Əli Vəliyevin "Babanın sevimli valı" hekayəsi, Günel Almazın "Yağış dili", "Kəpənəyin hədiyyəsi", "Çiçəklərin yuxusu" və "Ağıllı ayaqqabı", Fidan Nizaməddinqızının "Sərçənin arzusu" və "Həcc yolunda" adlı hekayələri də balaca oxucuları düşündürən mövzularda yazılmış əsərlərdir.

"Göyərçin"in 12-ci nömrəsində verilmiş şeirlər, hekayələr bərabər uşaq rəsmləri, bütün yazıları müşayiət edən şəkillər, "Təbiət guşəsi", "Özün rənglə" və s. nümunələr bu nömrənin məzmununa əlvanlıq gətirir.

İnanırıq ki, jurnalın hər iki nömrəsi balacaların çox xoşuna gələcək. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov