Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Dekabr 2012 - №48

 

Gimnastika üzrə Azərbaycan birinciliyi başa çatıb

 

Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə 19-cu Azərbaycan birinciliyi keçirilib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışlarda 1997, 1999, 2001, 2002, 2003-cü və 2004-cü illər təvəllüdlü 93 nəfər gimnast iştirak edib.

Bu yarışlarda "Neftçi", Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Spartak", Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Sərhədçi", "Bakı" peşəkar idman klublarının və Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastları ilə yanaşı, Xırdalan, Gəncə, Qusar və Sumqayıt idmançıları da mübarizə aparıblar.

Azərbaycan birinciliyi uğrunda mübarizə aparan 1997-1999-cu illər təvəllüdlü gimnastlar arasında qızıl medal Ləman Dadaşovaya, gümüş və bürünc medallar isə Yekaterina Prokopenkoya və Bahar Əsgərovaya təqdim edilib.

Yarışda 2000-2001-ci illər təvəllüdlü gimnastlar arasında Ruqiyyə Səttarova birinci, Nataliya Quluyeva ikinci, İlahə Məmmədova isə üçüncü olub.

2002-ci il təvəllüdlü gimnastlar arasında Vəfa Həsənzadə ən yaxşı nəticə göstərərək birinci olub. Dara Sorokina və Ləman Hacıyeva ikinci və üçüncü yerlərdə qərarlaşıb.

Birincilikdə 2003-cü il təvəllüdlü gimnastlar arasında isə birinci yeri Aydan Ağayeva, ikinci yeri Ləman Hüseynova, üçüncü yeri Darya Farşbafşəhriyari tutub.

Turnirdə 2004-cü il təvəllüdlü idmançılar arasında isə ilk üç yerə müvafiq olaraq Lalə Kramarenko, Nərmin Səmədova və Arzu Cəlilova layiq görülüblər.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov