Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

İbtidai təhsil pilləsində həyat bilgisi fənn kurikulumunun tətbiqində nəzərdə tutulan fəaliyyət xətləri

 

Həyat bilgisi fənn kurikulumunda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların köməyi ilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə standartlar müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

* Mühakiməyürütmə və əsaslandırma

* Əlaqələndirmə

* Tədqiqetmə

*  Problemin həlli

* Təqdimetmə

Fəaliyyət xətləri məzmunun mənimsənilməsinin, ondan istifadə olunmasının, fənnin öz daxilindəki və digər fənlərin mövzuları ilə əlaqə yaratmağın ən yaxşı yollarıdır. Fəaliyyət xətləri fənni bir-birlərindən təcrid olunmuş bilik və bacarıqlar toplusu kimi yox, bütöv bir tam kimi başa düşməyə  kömək göstərir.

Mühakiməyürütmə və əsaslandırma şagirdin nəzəri biliklərinin tətbiqi biliklərə çevrilməsində böyük əhəmiyyət kəsb edir. Bir növ deklorativlikdən prosedurallığa keçidi təmin edən bu fəaliyyət hər bir şagird üçün olduqca zəruridir. O, hər mövzu barədə şəxsi təəssürat və fikirlərini bölüşməklə digər şagirdlərlə üzvi əlaqədə olur. Digər tərəfdən o, həm də öz subyektindən çıxış edərək fikirlərini əsaslandırır, daha dolğun ifadə üçün müvafiq forma və üsullar seçir.

Əlaqələndirmə şagirdə müəyyən dəyərlər toplusunu yaratmağa imkan yaradır, hissələrin birləşərək ahəngdar şəkildə yeniləşməsinə, kontekstuallaşmasına, yeni şəkildə tətbiqinə imkan verir. Şagird məzmunun müxtəlif komponentlərini bir-biri ilə ahəngdar şəkildə əlaqələndirir.

Tədqiqetmə fəaliyyəti aktual bacarıqların formalaşmasına birbaşa xidmət edir. Tədqiqi bacarıq formalaşdırmaq müəllimdən böyük səriştə tələb edir. Bu bacarıqlar qismən də olsa, müəllimin özündə də olmalıdır. Şagirdə biliklər hazır şəkildə verilməməlidir. O, lazımi məlumatları müstəqil tədqiqat aparmaq yolu ilə əldə etməlidir. Bu zaman dərs şagird üçün olduqca maraqlı olur və o, öz potensialını maksimum dərəcədə ortaya qoya bilir.

Problemin həlli fəaliyyəti şagirddə yaranmış müəyyən təsəvvür və təəssüratların şərhinə xidmət edir. O, öz fikirlərini müəyyən şərhlər və izahlar vasitəsi ilə təsvir etməyi bacarmalıdır. Bu bacarıq müəyyən qənaətə gəlmək, nəticə çıxarmaq, söylənənləri müəyyən məxrəc altında birləşdirmək kimi peşəkarlığı aşılayır. Şagird qarşısına qoyulmuş problemi müstəqil şəkildə həll etdikdə onda təfəkkür daha da inkişaf edir.

Təqdimetmə çox vacib amildir. Təqdimetmə əldə olunan məlumatların yaradıcı şəkildə tətbiqini nəzərdə tutur. Şagird əldə olunan məlumatı başqa formatda daha səmərəli yollar axtarmaqla təqdim edir.

Fənn kurikulumuna nəzər saldıqda biz hər bir məzmun xətti ilə bağlı əlavə fəaliyyətlərin şahidi oluruq. Şagirdlər kommunikativ vərdişlərə yiyələnərək: tanış olan və olmayan mövzularda məlumatları aşkar edir, seçir, təhlil edir, təşkil edir və təqdim edir. Geniş və mürəkkəb məlumatları aşağıdakı fəaliyyətlər vasitəsilə  əldə edir:

* müəyyən etmək, ardıcıl sıraya düzmək;

* müqayisə etmək, əsaslandırmaq, proqnoz vermək;

* yekunlaşdırmaq, nəticə çıxarmaq,  qiymətləndirmək;

* istənilən situasiya daxilində yeni söz və ifadələrdən istifadə edərək ünsiyyət qurmaq;

* tənqidi müzakirə etmək, onlar arasında əlaqə yaratmaq, tənzimləmək;

* ideyaları ümumiləşdirmək, fikrini ifadə edərək müstəqil şəkildə tətbiq etmək;

* informasiyadan daha çox mürəkkəb problemləri faktlarla əlaqələndirmək; 

* seçimləri tədqiq etmək, müzakirə etmək, problemləri qiymətləndirmək;

* problemin həlli yollarını əsaslandırmaq və onu həll etmək, alternativ təkliflər vermək;

* real həyatla bağlı mövzuları seçərək əsas ideyanı anlayır;

* əsas arqumentləri təyin edir;

* təşkiletmə, söz seçimi, sırası, cümlə quruluşu, fikirləri ardıcıl ifadə etmə, dəstəkverici detalların verilməsi, tədqiqat və yeni fikirlərin yazılması, aydınlaşdırıcı fakt və arqumentlərdən istifadə, nəticəyə gəlmə bacarığı.

Həyat bilgisi kurikulumu hazırlanarkən təhsilalanın, ailənin, cəmiyyətin və dövlətin ehtiyac, tələb və maraqları əsas götürülmüşdür. kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunmuşdur. Burada əsas diqqət nəticəyəyönümlülüyə - təkcə biliklərin qazanılmasına deyil, daha çox biliklər əsasında bacarıq və vərdişlərə yiyələnməyə yönəldilmişdir. Yuxarıda sadalanan fəaliyyət xətlərinin düzgün tətbiqi nəticəsində bu bacarıqlara yiyələnmək mümkündür. 

Xatirə HƏMİDOVA,
Bakıdakı İlqar Əbilhəsənov adına 42 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov