"İrəli" Mədəniyyət və incəsənət mərkəzinin nəzdində
fəaliyyət göstərən rəqs klubu gənc və yeniyetmələr
tərəfindən maraqla qarşılanıb. "İrəli" İctimai
Birliyinin mətbuat xidmətindən aldığımız məlumata görə,
klubun bu sahədə ilk işi olan "Argentina tanqosu"
dərsləri iki ay davam edəcək. Burada dərslər qrup
rəhbəri Yelena Sidorenko tərəfindən aparılır. Qrupun
30 üzvü bu rəqsin sirlərinə dərindən yiyələnir.
Klubun fəaliyyəti çərçivəsində rəqs dərslərinin,
festivalların keçirilməsi planlaşdırılıb. Burada milli,
Avropa, Latın Amerikası, müasir və digər rəqslərin
təlimi təşkil olunacaq. Rəqs klubunun yaradılmasında
məqsəd gənclərin asudə vaxtlarının səmərəli
keçirilməsini, onların milli və dünya rəqsləri barədə
məlumatlandırılmasını təmin etməkdir. |