Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Astara Pedaqoji Kollecində ədəbi-bədii kompozisiya

 

Böyük Azərbaycan şairı və mütəfəkkiri N.Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Astara Pedaqoji Kollecində ədəbi-bədii kompozisiya keçirilib. Kollecin akt zalında tələbə və müəllimlərin iştirakı ilə düzənlənən tədbir dahi şairin "Sənsiz" romansının ölməz sənətkar Müslüm Maqomayevin ifası ilə açılıb. Şairin həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıldıqdan sonra kollecin dil-ədəbiyyat müəllimi Arzu Hüseynova qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi Nizaminin yubileyi ölkənin hər yerində böyük təntənə ilə qeyd olunur.

Tələbələrdən Rahim İbrahimov, Aytən Ağayeva, Ülkər Cabbarova, Elza Əfruzzadə, Ülvi Kazımov, Turan Əzizli, Aytac Şirəlizadə, Elmir Tağıyev, Elnur İbrahimov  ulu şairin əsərlərindən nümunələri əzbər söyləyib və "Xəmsə"dən müxtəlif parçalar göstərilib. Müəllimlərdən dil-ədəbiyyat müəllimi Osman Babayev və ingilis dili müəllimi Əliağa Ələkbərov çıxış edərək qeyd ediblər  ki, tarix belə dühaları hər zaman yetirmir. Belə böyük və unudulmaz simalar nadir hallarda dünyaya gəlir. Nizami təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin ən parlaq dühalarından biridir. Nizaminin əsərlərindəki dərin hikmət, gözəllik, əzəmət, insanları xoşbəxt etmək istəyi bu gün üçün də aktualdır. Nizamini yaxşı öyrənmək, onun zəngin, mənalı, müasir əhəmiyyətli irsini müxtəlif dillərə tərcümə etmək və bu irsi həm də başqa xalqların, milli mədəniyyətlərin istifadəsinə vermək gənc nəsil alim və tədqiqatçılarının, tərcüməçilərin ümdə vəzifəsi olmalıdır.

Kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim Əlihəsən Həmzəyev tədbirdə çıxış edərək bildirib ki, dünyanın bütün xalqları, söz, sənət dahiləri yüz illər boyu Nizami möcüzəsini etiraf edib, Nizami zirvəsi önündə səcdəyə gəliblər. Nizami bütün zamanların qüdrətli şairi, ədəbi qalibiyyət nəhəngi, əbədiyyət dahisidir.

Sonda Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəblərinin tələbələri arasında keçirilən gənc ifaçıların respublika müsabiqəsində fərqlənmiş kollecin tələbələri - Raul Ağayevə və Aynurə Quluzadəyə diplomlar təqdim edilib. 

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov