Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində  professor Əbdül Əlizadənin 80 illik yubileyi qeyd olundu

 

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ali təhsil müəssisəsinin ümumi psixologiya kafedrasının müdiri, Prezident təqaüdçüsü, Şöhrət ordenli, əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 80 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, ADPU-nun rektoru, professor Yusif Məmmədov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Milli Məclis deputatları Bəxtiyar Əliyev, Nizami Cəfərov, ziyalılar, universitetin professor-müəllim heyəti, elm xadimləri və digər şəxslər  iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan  ADPU-nun rektoru, professor Yusif Məmmədov  yubilyarı təbrik edərək alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Ə.Əlizadə 1932-ci ildə Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ölkəmizdə yenicə təşəkkül tapan psixologiya elminə yiyələnmək üçün  Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. O, 1955-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.  1962-ci ildə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri" mövzusunda namizədlik, 1975-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən APİ-nin ümumi psixologiya kafedrasında müəllimlik fəaliyyətinə başlayan Ə.Əlizadə 1976-cı ildən bu günədək fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində çalışır.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov alimin Azərbaycan psixologiya elminə verdiyi töhfələrdən və onun inkişafındakı xidmətlərindən söz açdı. Əbdül Əlizadənin Azərbaycan psixologiya elmini ləyaqətlə təmsil və təbliğ etdiyini bildirən nazir alimin nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda tanındığını nəzərə çatdırdı. Alimin gələcək nəslə örnək olan, hamının böyük hörmət və məhəbbət bəslədiyi, yüksək mənəvi keyfiyyətlərə malik ziyalılarımızdan olduğunu vurğulayan Misir Mərdanov yubilyarı təbrik edərək ona uğurlar arzuladı.

Tədbirdə digər çıxış edənlər yubilyarı təbrik edərək ona elmi fəaliyyətində uğurlar arzuladılar.

Sonra Ə.Əlizadəyə universitetin fəxri fərmanı və mükafat təqdim olundu. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov