Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və
elm naziri Qutman Vitaliy Aleksandroviç ilə görüşüb.

 

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də uğurla inkişaf etdiyini bildirib. Misir Mərdanov Azərbaycanın və Həştərxan vilayətinin orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Rusiya Federasiyası Həştərxan Vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb. Qonaq orta təhsil sahəsində əlaqələrin inkişafı üçün əsası qoyulmuş zəmin üzərində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Həştərxan vilayətində orta məktəb şagirdlərinin Azərbaycan dilini öyrənməsi məsələsinə toxunan Q.V.Aleksandroviç bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib. Hər zaman Azərbaycana dost münasibət bəslədiklərini vurğulayan qonaq təhsilin digər pillələri üzrə də əlaqələrin inkişafının mümkünlüyünü bildirib.

Misir Mərdanov irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd edib. Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi qrupunun yaradılmasının məqsədəuyğun olduğunu nəzərə çatdıran nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə diqqət çəkib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov