Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 613 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 2012-ci ilin noyabr ayında 613 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əməkhaqqının hesablanması, dövlət sifarişi ilə və dövlət proqramı çərçivəsində xaricdə ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərlə bağlıdır.

Bir sıra müraciətlərdə ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 53 müraciət qəbul edilib. Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 24, digər şəhər məktəblərindən 5 (Gəncə şəhəri 4, Şirvan şəhəri 1), Abşeron, Goranboy, Tovuz, Qazax, Qəbələ və Biləsuvar rayonlarının hər birindən 2, Astara, İmişli, Xaçmaz, Ağdam, Hacıqabul, Bərdə, Balakən, Tərtər, Saatlı, Ağcabədi, Lənkəran və Füzuli rayonlarının hər birindən 1 müraciət daxil olub. Məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlardan, təhsil prosesinin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlərdən bəhs edən bütün müraciətlərə baxılıb, mövcud problemlər həll edilib.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanlar aşkarlanmış təhsil müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i dövlət, 2-si özəl ali məktəblərdən) diplomların verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub. Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib və vaxtında öz həllini tapıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov