Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Dərs prosesində yeni texnologiyalardan istifadə edirəm"

 

Ölkəmizdə müəllimlərin İKT biliklərinin artırılması sahəsində mühüm işlər görülməkdədir. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün hər bir müəllim  öz üzərində çalışmalı, dərs prosesində yaradıcı olmalıdır. O, ilk növbədə təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və dərsliklərin, fənn kurikulumlarının xüsusiyyətlərindən xəbərdar olmalıdır.  Yeni təlim metodlarından istifadə zamanı müəllim şagirdin müstəqil düşünmə qabiliyyətinin inkişafına şərait yaratmalıdır.  Dərsdə isə  motivasiyanın yaranmasına xüsusilə çox diqqət yetirməlidir ki, dərs şagirdlər üçün maraqlı keçsin. Belə olanda uşaqlar onlara verilən tapşırıqları  həvəslə  yerinə  yetirirlər.

Rollu oyunlar zamanı  şagirdlərim bir-birləri ilə ünsiyyət yaradır, onlar  qarşı tərəfləri daha yaxşı başa düşür, çalışırlar ki, müstəqil mühakimə aparıb öz mülahizələrini söyləməklə bərabər  bilmədiklərini də soruşub, öyrənsinlər, birincilik qazansınlar. Şübhəsiz,  bu oyunlar, ilk növbədə, balacaların şifahi nitqlərini inkişaf etdirir.  Mən tədris prosesində  əqli hücum, müqayisə, diskussiya və sair üsullardan da yetərincə istifadə edirəm. Dərsin ilk mərhələsində motivasiyaya üstünlük verirəm. Qavrama qabiliyyətlərini nəzərə alaraq  dərs prosesində  hər bir şagirdə fərdi yanaşıram, onların psixologiyasına uyğun rollar  verirəm. Bəzən ana dili dərslərində ayrı-ayrılıqda hər uşağa nağıl verirəm. Onlar  özlərini nağıl personajlarına oxşatmaqla, mətndəki obrazları yaşatmağa çalışırlar. Növbəti dərs zamanı  "Ana dilini nə üçün öyrənirik" mövzusu ətrafında sual-cavab aparıram. Uşaqlar ana, vətən, torpaq haqqında şeirlər, nağıllar,  tapmacalar söyləyirlər. Hərfləri  öyrədərkən belə bir tədqiqat aparıram,  misal üçün,  "P"  səsinin və hərfinin hansı xüsusiyyətləri var? Və yaxud  fonetik təhlil zamanı slaydlarla verilmiş sözlərə əsasən suallar verirəm; sait səs nəyə deyilir? Samit səslərin neçə növü var? Heca nəyə deyilir? Hecaların oxunuşu, sözlərin oxunuşu və sair.

Qruplarla iş  zamanı  şagirdləri 6 qrupa bölüb şəkillərə əsasən meyvələrin adını tapmaq, şirəli və quru meyvələri ayırd etmək  və hər hansı bir  meyvə haqqında bildiyi şeiri söyləməyi tapşırıram.

Dərs başa çatdıqdan sonra  meyar cədvəlinə  uyğun olaraq qiymətləndirmə aparıram.  

Məlahət DİLBAZOV,
Bakıdakı 83 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov