Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Yevlaxda "İstedadlı uşaqlar" respublika müsabiqəsinə yekun vurulub

 

Regionlarda "İstedadlı uşaqlar" respublika  müsabiqəsinə  2009-cu ildən start verilib.  Mədəniyyət və Turizm  Nazirliyinin təşkilatçılığı ilə  həyata keçirilən  bu tədbirlər xüsusi istedada malik olan uşaqların, gənclərin yaradıcılıq  potensiallarının üzə çıxarılmasına xidmət edir. 2009-cu ildə müsabiqəyə Bərdədə, 2010-cu ildə Kürdəmirdə, 2011-ci ildə Şirvanda, bu il isə Yevlaxda yekun vurulub. Dekabrın 6-da  Yevlaxda  Bəşir Səfəroğlu adına  Yevlax Xalq Teatrında baş tutan tədbirdə nazirliyinin məsul işçiləri  Pərviz İsgəndərli və Oqtay Muxtarov, mədəniyyət müəssisələrinin rəhbərləri  və rayon ictimaiyyəti  iştirak  edib.  Mərasimə Azərbaycanın müxtəlif bölgələrindən bədii qiraət, rəqs, rəssamlıq, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq üzrə 17 yaşınadək uşaq və yeniyetmələr qatılıblar. Tədbir iştirakçıları  əvvəlcə teatrın foyesində  müsabiqənin təsviri sənət üzrə qaliblərinin əl işləri ilə tanış olublar. Sonra isə uşaq və yeniyetmələrin ifasında  bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq üzrə maraqlı konsert proqramı təqdim olunub.    

Sonda qaliblərə Mədəniyyət və Turizm  naziliyinin diplom və hədiyyələri təqdim edilib.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov