Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Azərbaycan tarixi fənn aylığı"na həsr edilmiş "açıq dərs"lər

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarına əsasən, paytaxtın ümumtəhsil məktəblərində "Azərbaycan tarixi fənn aylığı" keçirilir. Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqəyə qatılan məktəblərdə tədbirlər təşkil olunur. Şagird və müəllimlərin yaradıcı işləri hazırlanır və "açıq dərs"lər dinlənilir. Bakıdakı 54 nömrəli tam orta məktəbdə də "Azərbaycan tarixi - dünənimiz, bu günümüz, sabahımız" fənn aylığı çərçivəsində "açıq dərs"lər keçirildi. Əvvəlcə qonaqlar məktəbin girişində, sinif otaqlarında  aylığın keçirilməsi barədə elanlar, plakatlar, Azərbaycan tarixinə həsr olunmuş divar qəzetləri, bülletenlər və referatlarla tanış oldular. Sonra məktəbin direktoru Sahibə Abbasova çıxış edərək iştirakçılara  fənn aylığının məqsədi və nominasiyalar barədə məlumat verdi. Bildirdi ki, məktəb bundan əvvəl keçirilən riyaziyat və Azərbaycan dili fənn aylıqlarında olduğu kimi, bu dəfə də fəallıq nümayiş etdirəcək.

Qonaqlar  tarix müəllimləri   Esmira Qasımovanın  XI "b" sinfində "Zorakı kollektivləşmə",  Tahirə Abbasovanın VIII "c" sinfində "Memarlıq və incəsənət", Fəxrəddin Hacıyevin VIII  "d" sinfində "Elm, Nəsrəddin Tusi", Zeynal Qasımovun VII "a" sinfində "Babək",  Kəmalə Atakişiyevanın VI "c" sinfində "Manna dövləti" mövzularında keçdikləri "açıq dərs"ləri dinlədilər. İştirakçılar sonra tarix müəllimi Nigar Əsədovanın yaratdığı tarix kabineti ilə yaxından tanış oldular. Onlar məktəbdə tarix aylığına həsr olunmuş işləri yüksək qiymətləndirərək müəllimlərə təklif və tövsiyələrini verdilər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov