Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Kursu müvəffəqiyyətlə başa vuran şagirdlərə sertifikat verildi

 

Bakıdakı 150 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının müddəalarına uyğun olaraq orta ümumtəhsil məktəblərində uşaq hüquqlarının tədrisi mövzusu ilə bağlı növbəti tədbir keçirildi. Mərasimi açan məktəbin direktoru Mirdamət Sadıqov öncə son dövrlərdə təhsil müəssisəsində görülən işlər, qazanılmış nailiyyətlər və perspektiv planlardan danışdı, sonra uşaq hüquqlarının qorunması ilə bağlı fikirlərini diqqətə çatdırdı.

Məktəbin müəllimi Yeganə Məmmədova uşaq hüquqlarının tarixi haqqında məlumat verdi. Uşaq hüquqlarının qorunması ilə bağlı təqdim olunan videoçarx, şeirlər və səhnəçiklər   maraqla   qarşılandı.

Sonra insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova tədbirdə çıxış edərək mövzunun əhəmiyyətini, uşaq haqlarının qorunmasında maarifləndirmə işinin daha da inkişaf etdirilməsini vacib hesab etdi. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bütün sahələrə, o cümlədən təhsilə göstərdikləri qayğını önə çəkən müvəkkil insan hüquqları ilə bağlı dövlət başçısının xüsusi diqqətini iştirakçıların nəzərinə çatdırdı. Bu sahədə respublikanın digər təhsil müəssisələrində də görülən işlərə toxunan E.Süleymanova lazımi tövsiyələrini verdi.

Sonda "Uşaq hüquqları üzrə pilləli tədris" kursunu müvəffəqiyyətlə başa vurmuş şagirdlərə və kursun uğurla həyata keçirilməsində göstərdiyi fəaliyyətə görə məktəbin direktoru Mirdamət Sadıqova sertifikat təqdim olundu. 

Fazil İDRİSOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov