Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

"Vətənim Azərbaycan"

 

Dekabrın 19-da Bakıdakı 126 nömrəli məktəbdə "Azərbaycan tarixi fənn aylığı" çərçivəsində silsilə tədbirlərə start verilib. "Açıq dərs"lər və müəllimlərin mühazirələri dinlənilir.  Aylıq çərçivəsində baş tutan növbəti tədbir isə "Vətənim  Azərbaycan" adlı bədii gecə idi.  Şagirdlərin təqdimatında Dövlət himni ifa olundu.   

Hər bir azərbaycanlı üçün müqəddəs sayılan üçrəngli Dövlət bayrağımız Üzeyir Hacıbəylinin "Koroğlu" üverturasının sədaları altında səhnəyə gətirildi. Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Elmira Həsənova tarix fənn aylığına həsr olunmuş gecəni açıq elən edərək  xalqımızın keçdiyi  tarixi inkişaf yolundan söz açdı.  Məktəbin direktoru Hidayət Ağayev qonaqları salamlayaraq Azərbaycan tarixinin çox qədim, möhkəm köklərə bağlı və keşməkeşli olduğunu diqqətə çatdırdı.

Sonra çıxış üçün söz məktəbin istedadlı şagirdlərinə verildi.  Şagirdlər Azərbaycanımızın tarixi, ərazisi, müdrik sərkərdələrindən, təbii sərvətləri, adət-ənənələrindən danışdılar.  Dahi Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından İsgəndərlə Bərdə hökmdarı Nüşabənin dialoqundan bir parça nümayiş etdirdilər. Həmçinin Dədə Qorqudun nəsihətlərindən söz açdılar. Onlar Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və digər şairlərin vətənə   həsr etdikləri şeirlərindən  parçalar  söylədilər.    Səməd Vurğunun "Vaqif" dramından bir parçanı məharətlə ifa etdilər. Aşağı sinif şagirdlərinin "Nazilə" və "Ləzgi" rəqsləri və digər  maraqlı çıxışları tədbirə xüsusi rəng qatdı. Məktəblilər çıxışlarında Vətənimizin işğal olunmuş ərazilərini düşməndən geri alınmasında canlarından keçəcəklərinə and içərək, xalqımıza, dövlətimizə layiq vətəndaş olacaqlarını vurğuladılar. Tədbirdə tariximizin ən qədim dövründən bu günə qədər keçdiyi yolla bağlı videogörüntülər nümayiş etdirildi.  Tədbirin sonunda şagirdlər  "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" mahnısını məharətlə ifa edərək həmin günü unudulmaz xatirəyə çevirdilər.

Gecədə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodmərkəzinin Binəqədi - Nəsimi rayonu üzrə metodik bölməsinin müdiri Həvva Əsgərova, metodist Zabit Yunusov və digər qonaqlar çıxış edərək tədbirin hazırlanmasını yüksək qiymətləndirdilər, şagirdlərə həmişə vətənpərvər olmalarını arzuladılar.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov