Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi qeyd edildi

 

Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov, Milli Məclisin deputatları, universitet rektorları, alimlər, ziyalılar və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin kollektivini yubiley münasibətilə təbrik etdi. Ali təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov universitetin 50 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu bildirdi. Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin mühüm yer tutduğunu söyləyən icra başçısı sənaye şəhərinin inkişafında, zavod və fabriklər üçün ixtisaslı kadr hazırlığında SDU-nun xüsusi xidmətləri olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq universitetin 50 illik yubileyi münasibətilə kollektivi təbrik etdi. Ölkə Prezidentinin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan nazir SDU-nun Azərbaycanın təhsil sistemində xüsusi yeri olduğunu və universitetin uğurlarının ilbəil artdığını bildirdi.

Misir Mərdanov universitetin Azərbaycan elminə, təhsilinə bir çox elm adamları bəxş etdiyini və bu ənənənin bu gün də qorunub saxlanıldığını söylədi. Universitetin Avropa təhsil sisteminə inteqrasiya yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirdi. SDU-nun öz elmi potensialını və təhsil istiqamətlərini Sumqayıtın yeniləşən sənaye müəssisələrinin tələblərinə uyğun qurmalı olduğunu bildirən Misir Mərdanov təhsil ocağının əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri adlar verilmiş universitet əməkdaşlarını təbrik edən nazir onlara diplom və hədiyyələr təqdim etdi.

Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi inkişaf tendensiyası formalaşıb və bu inkişaf dinamikası ulu öndər Heydər Əliyevin qurduğu düşünülmüş strategiyanın nəticəsidir. Rektor bu inkişafın bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  davam etdiyini vurğuladı. Bildirildi ki, universitetin əməkdaşlarının fəxri adlar və medallara layiq görülməsi barədə dövlət başçısı tərəfindən bu günlərdə imzalanan sərəncam ölkənin elm və təhsil işçilərinin, eləcə də Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir. Son illər təhsilin keyfiyyətinin artırılması üçün SDU-da görülən işlər barədə məlumat verən N.Qəhrəmanov, təhsil ocağının ölkənin aparıcı təhsil müəssisələrindən birinə çevrilməkdə olduğunu və bunun üçün var gücləri ilə çalışdıqlarını diqqətə çatdırdı.

Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, professor Siyavuş Qarayev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov,  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, professor Rasim Bəşirov çıxış edərək yubiley münasibəti ilə SDU-nun kollektivinə təbriklərini çatdırdılar, ali təhsil müəssisəsinin uğurlarının bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildirdilər. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov