Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

BDU-da ilin ən yaxşı tələbələrinə diplomlar verilib

 

Dekabrın 26-da BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimini keçirib. Mərasimi giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu səpgili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Sonra akademik A.Məhərrəmov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.

Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov da çıxış ediblər. 2012-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verilərək  gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan  layihələrdən söz açılıb.

Sonda müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov