Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Mənə ən böyük uğur gətirən il

 

2012-ci il  respublikamızın bir çox təhsil işçiləri, müəllimləri kimi, mənim üçün də uğurlu oldu. Respublika mətbuatında iş təcrübəmdən bəhs edən, elmi-metodik məqalələrim dərc olundu, təcrübəmi həmkarlarımla bölüşməyə çalışdım. Təhsil Nazirliyinin təşkil etdiyi treninqlərdə, kurslarda iştirak edib, müxtəlif dərəcəli sertifikatlara layiq görüldüm, yeni təlim texnologiyaları, innovasiyalarla bağlı peşə bacarıqlarımı inkişaf etdirdim. Ən sevindirici hal isə "Ən yaxşı  müəllim" müsabiqəsində uğurla iştirak etməyim oldu. Müsabiqədə dediyim nümunə dərsi kimya fənni üzrə ekspertlər - respublikamızın görkəmli alimləri, tanınmış müəllimləri tərəfindən yüksək qiymətləndirildi. Ən unudulmaz hadisə  isə Təhsil Nazirliyində öz iş təcrübəmlə bağlı təqdimatla çıxış etməyim oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamında öz adımı oxuyanda sevincimin hədd-hüdudu yox idi, çünki  doğma Ağdamdan qaçqın düşmüş, Respublikamızın paytaxtında məskunlaşmış bir müəllimin son dərəcə çətin bir müsabiqədə qalib gəlməsi adi bir hadisə deyildi. Elə bilirdim ki, bu mükafat mənə yox, Ağdam rayonu 32 nömrəli məktəbin  bütün kollektivinə, bütün qaçqın müəllimlərinə verilmişdir. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ötən ilə nəzər salanda həyatımdakı digər əlamətdar hadisələr, nümunəvi məktəblər sırasında olan Xəzər Universitetinin  Dünya məktəbinə kimya müəllimi kimi dəvət olunmağım, Təhsil Nazirliyinin kimya fənni üzrə ekspert qrupuna daxil edilməyim, respublikamızın Tovuz, Gədəbəy, Şəmkir, Goranboy rayonlarında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarında təlimçi kimi iştirak etməyim, Ağdam rayon müəllimlərinin  sentyabr konfransında çıxışım,  həmkarlarımın ünvanıma söylədikləri xoş sözlər heç vaxt yadımdan çıxmayacaq.

Ötən ilin ən yaddaqalan hadisələrindən biri də hörmətli nazirimiz cənab Misir Mərdanovun "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərini qəbul etməsi, onların ürək sözlərini dinləməsi və müvafiq vəsiqələri bizə təqdim etməsi oldu. Həmin görüşdə Misir müəllimin bizə qayğıkeş münasibəti, qarşıda duran böyük vəzifələrdən söz açması məni, eləcə də bütün tədbir iştirakçılarını təsirləndirdi. O vaxt ürəyimiz dolu olsa da, hamının çıxış etmək imkanı olmadı. Odur ki, fürsətdən istifadə edib nazirimizə, nazirliyin bütün əməkdaşlarına öz dərin təşəkkürümü bildirir, yeni ildə daha böyük uğurlar arzulayıram.  

Aynur ZÜLFÜQAROVA,
Ağdam rayonu 32 nömrəli tam orta məktəbin kimya müəllimi,
2012-ci il "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov