Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Ümidini sabahdan ayırma...

 

Deyirlər, o insan müdrikdir ki, ömrünü şəkil-şəkil gözünün qarşısına gətirir, fərqi yoxdur, rəngli və ya rəngsiz. Bir də gördün bir albom düzəldi, həyat albomu... Bu albomdakı şəkillər hamıda eyni ölçüdə, eyni rəngdə olmur. Tanrı bütün gülləri eyni rəngdə yaratsa idi, göz baxmaqdan yorulardı. İnsanlar da belədir: müxtəlif əqidəli, müxtəlif məsləkli, müxtəlif peşə sahibləri... Peşələrin ən dəyərlisi, ən əvəzsizi müəllimlik.

Yeri gəlmişkən, müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Düşünürəm ki, zaman keçəcək,  illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllimlik peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır.

Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan vardır, həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilləşmək imkanı.

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən,  illər keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər. Özümə peşə seçəndə bu amilləri əsas götürdüm.

2012-ci il mənə uğur gətirdi. İli başa vurmaq ərəfəsindəyik. Gözlərimin önünə qazandıqlarım və itirdiklərimi gətirdim: "Avropa Nəşr Mətbu Evi"nin qızıl medalına layiq görüldüm, "Xan qızı  Natəvan" mükafatı laureatı adını aldım, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi rayon Komitəsinin Fəxri fərmanı, Şirvanşahlar muzeyinin, məktəb müdiriyyətinin dəfələrlə fəxri fərmanlarına layiq görüldüm, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi oldum, Nəsimi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edildim.

Ən böyük mükafatı ailəmdən aldım: ikinci nəvəm - Turqayın bacısı Humayım dünyaya gəldi. Sevincim birə on qat artdı. "Dünyada körpə qığıltısından gözəl himn yoxdur" - demişdir dahi Viktor Hüqo. Doğrudan da  bu şəhdi-şəkkər şirinliyi dadmağın ayrı ləzzəti var.

Aldığım mükafatları yaxşı dəyərləndirirəm. Tərəzinin bir gözünə onları qoydum, digər gözünə ötən bir ili, bircə ili. İlahi, bu bir ildə qazandıqlarım çox yüngül gəldi. Tərəzinin digər gözünü ağırlıqdan saxlamaq olmadı. Zaman öz işini görür. Çiçəyin tikanı var- deyib kədərlənincə, tikanın çiçəyi var deyib sevinsək, həyat da mənalı olar, yaşamaq da... İnsan gərək ilk öncə özündə olanı qiymətləndirsin, dəyər versin. Onsuz  da qısa olan bir ömrü insan kimi yaşamağa nə var ki...

Mühit insanı yetişdirir. İnsan öz qüvvəsinə inandığı vaxt hər şeyə nail olur. Qoy inamınız heç vaxt yanılmasın. Qoy ümid çırağınız yanar olsun! Qoy haqqın nuru yağış kimi çilənsin üstünüzə!  

Həcər BƏŞİROVA,
Bakıdakı 164 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov