Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Hələ də yüksək mükafatın sevincini yaşayıram

 

Ömür illərlə ölçülür. Hər ilin onda öz naxışı var. Amma bu naxışlar eyni deyil. Biri daha böyük, daha parlaqdır, digəri nisbətən kiçikdir.

Cəbrayıl rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişəm. Əmək fəaliyyətimə Cəbrayıl şəhər Cəmil Əhmədov adına orta məktəbdə başlamışam. 1994-cü ildən Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Ümumi pedaqoji stajım 30 ildən çoxdur. Bu illərin hər biri mənim üçün əziz olub. Hərəsindən bir uğurumun sorağı gəlir. Sənətimi sevirəm, işimə məsuliyyətlə yanaşıram, yenilikləri həvəslə öyrənib tətbiq edirəm, öz öyrətmə üsulum, xüsusi istedadlı uşaqlarla iş sahəsində öz metodikam var. Məhz buna görə də hər il dərs dediyim şagirdlərin çoxu yüksək balla ali məktəblərə qəbul olunurlar. Bunları öz uğurlarım sayıram.

Başa vurmaqda olduğumuz 2012-ci ili isə ömrümə  ən parlaq naxışını salmış il hesab edirəm. Çünki məhz bu il pedaqoji sahədə çoxillik zəhmətim yüksək qiymətləndirilərək möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə müəllimə verilən ən yüksək ada - "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm. Əlbəttə, əməyimə verilən böyük qiymətə görə ilk növbədə təhsilə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. Hələ də yüksək mükafatın sevincini yaşayıram.

Bu il mənim üçün digər mühüm hadisələrlə də əlamətdar olub. Ailəmizin sevimlisi Süleyman yüksək balla Qafqaz Universitetinə qəbul olunub. Məktəbimizin qəbul faizi 65-ə çatıb. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olunmuşam. Bir metodik vəsaitim təkrar çap olunub.

İnsan arzularla yaşayır. Qarşıdan isə arzuları göyərdən illərdən daha biri - 2013-cü il gəlir. Yeni ilin gəlişi  münasibəti ilə həmkarlarımı, onların simasında bütün xalqımızı təbrik edirəm. Yeni ildə hər kəsə uğurlar, arzuya qovuşmaq sevinci arzulayıram. 

Solmaz SÜLEYMANOVA,
Bakıdakı 151 nömrəli tam orta məktəbin müəllimi,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov