Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

2012 məni hədəflərimdən birinə çatdırıb

 

 Mən - Aslanzadə Nigar gənc müəlliməm. Bu il Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu məqsədilə keçirdiyi imtahanı uğurla verərək Bakı şəhər Sabunçu rayonu 188 nömrəli tam orta məktəbə kimya müəllimi qəbul olunmuşam.

Artıq 2012-ci ilin son günlərini yaşayırıq. 2012-ci il mənim üçün böyük ümidlərlə başlamışdı. Müəllimlərin işə qəbulunun imtahanla həyata keçirildiyini bildiyim və öz potensialıma bələd olduğum üçün il başlayanda ən böyük ümidim və hədəfim Bakı şəhərində işə qəbul olunmaq idi. Dövlətimizin öz vətəndaşlarının mənafeyinə yönəldilmiş məqsədyönlü, planlı siyasətin bir hissəsini təşkil edən müəllimlərin işə qəbulunun obyektiv şəkildə keçirilməsi sayəsində iyul ayında imtahan verərək öz hədəfimə çatdım. Mənimlə yanaşı bu il 188 nömrəli tam orta məktəbə daha 3 müəllim işə qəbul olunub.

Hazırda kimya, biologiya və həyat bilgisi fənnini tədris edirəm. İşlədiyim kollektivin, rəhbərliyin yeni-gənc müəllimlərə yanaşmasından, şagirdlərin təhsilə marağından çox razıyam. Bu cür iş şəraiti isə təbii olaraq peşəmə olan sevgimi, həvəsimi daha da artırır.

Qarşıdan yeni il gəlir. Yeni il yeni ümid, yeni hədəflər deməkdir. Qarşıdakı il üçün hədəfim Təhsil Kurikulumu üzrə təlim kurslarında təlimçi olmaqdır.

Biz təhsil işçiləri üçün təqvim ili bitməkdə olsa da, tədris ili davam edir. Özüm də daxil olmaqla bütün təhsil işçilərinə tədris ilinin uğurlu davamını və yeni müvəffəqiyyətlər dolu təqvim ili arzulayıram. 

Nigar ASLANZADƏ,
Bakıdakı 188 nömrəli  tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov