Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Lerikdə yeni məktəb binasının açılışı olub

 

Bu günlərdə Lerik rayonunun ucqar dağ kəndi olan Barzavuda yeni məktəb binasının açılış mərasimi keçirilib. Tədbirdə  məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bagırov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, ziyalılar, kənd sakinləri, valideynlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov ikimərtəbəli 180 yerlik məktəbdə fənn kabinetləri, kompüter otagı, laboratoriya, kitabxana, idman və akt zalı olduğunu bildirib. Yeni tikilən məktəbin müasir avadanlıqlarla təchiz olunduğunu qeyd edən B.Nəsirov təhsil ocağında müasir istilik sisteminin  quraşdırıldığını da nəzərə çatdırıb.

Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlətimizin qayğısı sayəsində rayonda təhsilin maddi-texniki bazasının sürətlə yeniləşdiyini, təhsildə keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə çatdırıb.

Məktəbin rəsmi açılışını bildirən qırmızı lent kəsildikdən sonra iştirakçılar təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olublar. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov