Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

İdmançılar qızıl medalla təltif olunublar

 

Dekabrın 23-də 8 nömrəli Bakı Peşə Liseyində idmanın Qoçyu-Ru Okinava Karatey Do və Kobude  növü üzrə 13 və 15 yaşlı idmançılar  arasında  yarış keçirilib. Yarışa Qəbələ, Balakən, Şirvan, Hacıqabul, Qaradağ, Yasamal, Nizami və Xəzər rayonlarından 200-ə yaxın idmançı qatılıb. 

Tədbiri Azərbaycan Qoçyu-Ru Okinava Karatey Do və Kobude Federasiyasının prezidenti Tarverdi  Allahverdiyev açaraq  keçirilən yarış barəsində məlumat verib.   Sonda    Qaradağ rayonu Qızıldaş qəsəbə sakinləri  Ələsgər Aslanov,  Vüsal Qeybullayev 13 və 15 yaşlılar  arasında keçirilən bu yarışda    I yerə çıxaraq  qızıl medalla  təltif olunublar.

Tədbirdə federasiyanın Qaradağ  rayonu üzrə  idman təlimatçıları Samir Məcnunov, Fərid Tağıyev və Qaradağ rayon İdman İdarəsinin rəisi Elçin Abbasov çıxış edərək təltif olunan idmançıları təbrik ediblər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov