Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

Yanvarın 10-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. 

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb.

Cəlilabad Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Cəlilabad Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı və digər bu kimi məsələlərdən söz açıb.

2 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. V.Quliyev 2 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.

Göyçay Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Mövlud Hacıyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin hazırlıq səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs edib. M.Hacıyev təqdimat-məruzəsində bildirib ki, Göyçay Peşə Liseyinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin və Dövlət Təhsil Standartlarının tələblərinə əsasən uyğundur.

Neftçala Peşə Məktəbində aparılmış araşdırmaya dair məlumat verən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, lisey məzunlarının işlə təminatı və digər məsələlərdən danışıb. H.Zərbəliyev Neftçala Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət haqqında ətraflı məlumat verib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.

Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

 Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov