Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

ADU-da qış imtahan sessiyası başladı

 

Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi.  ADU-nun  rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 2012-2013-cü tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə müvafiq əmr imzalayıb.  Qiyabi şöbədə sessiya müddəti yanvarın 7-dən fevralın 14-nə qədər müəyyən edilib.  Qış imtahan sessiyası 5 fakültənin (tərcümə, fransız-alman dilləri filologiya, regionşünaslıq və beynəlxalq münasibətlər)  əyani, 1 saylı ingilis dili fakültəsinin əyani və qiyabi şöbələrində, 2 saylı ingilis dili fakültəsinin isə əyani və axşam şöbələrində aparılır.

Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah da yaradılıb. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılıb.  Əmrdə imtahan sessiyası dövründə, bir qayda olaraq, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işlərinin aparılması əks olunur. Bildirilir ki, imtahanların təşkili və keçirilməsi ilə bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin tələblərini pozan şəxslər barədə tədbirlər görüləcək.

Operativ qərargahın üzvləri  filologiya fakültəsində keçirilən jurnalist etikası,  pedaqogika-1 və  üslubiyyat fənlərindən keçirilən imtahanların gedişini izləyiblər.  

Qeyd edək ki, ADU-nun filologiya fakültəsinin jurnalistika ixtisasının tələbələri jurnalist etikası fənnindən ilk imtahanlarını veriblər.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov