Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

İKT-dən istifadə tədrisin keyfiyyətini xeyli artırır

 

"2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində bir çox işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir.

Bakıdakı 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova   bildirdi ki, müəllimlərin İKT üzrə hazırlığına xüsusi diqqət  verməklə təhsilin informasiyalaşdırılmasının yüksək effektivliyini təmin etmişik.  Bu prosesə  sistemli yanaşma vacibdir və buna görə də biz yalnız təlimlərlə məhdudlaşmırıq. Müəllimlərimiz mərkəzləşdirilmiş  İnternet şəbəkədən, o cümlədən İKT vasitəsilə elektron dərsliklərdən bacarıqla istifadə edirlər.

51 nömrəli tam orta məktəbin direktoru   Lətafət   Səmədova   qeyd etdi ki,  İKT daimi inkişafdadır və texniki vasitələr, proqram həlləri həmişə yenilənməkdədir.   Tədrisin effektivliyinin artırılmasında və İKT sahəsində biliklərinin daha da  dərinləşməsində  müəllimlər böyük səylə çalışırlar.   

104 nömrəli tam orta məktəbin direktoru  Kərəm   Mehdiyev rəhbərlik etdiyi  məktəbin İnternet şəbəkəyə qoşulmasını vurğuladı. Dedi ki, müəllimlərin informasiya texnologiyaları üzrə  biliklərinin artırılması tədris prosesinin daha  effektiv qurulması  deməkdir.  Bütün bunları  nəzərə  alaraq müəllimlərin davamlı olaraq İKT üzrə  biliklərinin artırılması zəruridir. Ona görə də müəllimlərimizin  çoxu təlim kurslarından keçməklə İKT biliklərinə dərindən yiyələniblər.

111 nömrəli tam orta məktəbin direktoru  Jalə Hacıyeva bildirdi ki, Dövlət Proqramı çərçivəsində görülmüş işlər onu göstərir ki, məktəbdə İKT avadanlıqlarının sayının artması və bu avadanlıqlardan istifadə tədrisin keyfiyyətinə böyük təsir göstərib. Hazırda şagirdlərimiz  kompüterlərdən istifadə edərək İnternetə daxil olub mövcud İnternet resurslarından  bacarıqla istifadə edirlər.

175 nömrəli tam orta məktəbin direktoru Qələndər Qələndərov isə bildirdi ki, bu gün İKT-dən istifadə etməklə müasir təhsil modelinin həyata keçirilməsi məktəbimizin müəllim heyəti qarşısında yeni tələblər qoyur.  Fənn müəllimlərimiz  konkret öyrətdikləri  fənnin struktur məzmununa  və məqsədinə  uyğun şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla İKT biliklərini  həvəslə öyrədirlər.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov