Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Doğu Ağdəniz Universiteti ilə müqavilə imzalanıb

 

Naxçıvan Müəllimlər İnstitutu müstəqil institut kimi fəaliyyətinin onuncu ilinə qədəm qoyduğu bir dövrdə Azərbaycanda və qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən bir çox təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaratmışdır.

İnstitut bu günlərdə Kuzey Kıprıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Ağdəniz Universiteti ilə də qarşılıqlı təcrübə, müəllim və tələbə mübadiləsi, elmi araşdırmaların aparılması və bir çox məsələlər üzrə müqavilə imzalamışdır.

Doğu Ağdəniz Universiteti KKTC-nin sayılıb-seçilən universitetlərindəndir. 1979-cu ildə "Yüksək texnoloji institut" kimi, 105 tələbə ilə fəaliyyətə başlayan universitetin bu gün 11 fakültə, 30 bölüm, xarici dillər və ingiliscə hazırlıq, məlumat və texnologiya məktəbi, məsafədən (distant) təhsil məktəbləri və s. fəaliyyət göstərir.

Hazırda universitetdə 75 ölkədən 8 min xarici, ümumilikdə 14000 tələbə təhsil alır. Onların təhsili ilə yerli müəllim-professor heyəti ilə yanaşı, 32 ölkədən gələn professor  müəllim-mütəxəssislər  də çalışır.

İstər ali təhsil, istərsə də elmi müəssisələrin inkişafında qarşılıqlı təcrübə mübadiləsinin və dostluq əlaqələrinin yaradılmasının mühüm əhəmiyyəti vardır. Naxçıvan Müəllimlər İnstitutu da bu istiqamətdə işini genişləndirməyi, qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən faydalanmağı, cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyət yetirməyi məqsəd kimi qarşıya qoymuşdur.  

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov