Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Həmrəylik gününə və "İdman ili"nin yekunlarına həsr olunmuş tədbir

 

Bu günlərdə Bakıdakı 99 nömrəli tam orta məktəbdə Valideyn-Müəllim Assosiasiyası tərəfindən 10-cu sinif şagirdlərinin iştirakı ilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbir 2 hissədən - breyn-rinq və musiqi proqramından ibarət olub. Tədbirdə məktəbin direktoru Ofelya Məmmədova, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Tamilla Hacıyeva, "Odlar Yurdu" Universitetinin şöbə müdiri Xatirə Tağıyeva, həmçinin universitetin tələbələrindən ibarət musiqi kollektivi və məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə məktəb üzrə VMA-nın sədri Salman Əbdülov açaraq qısa müddət ərzində yaranmış VMA-nın gördüyü işlər barədə geniş məlumat verib.

Sonra çıxış edənlər iştirakçıları salamlayaraq Binəqədi rayonunda 32 məktəbdən beşində VMA-nın yaranmasını müsbət hal kimi qiymətləndiriblər. Ən əsası isə 99 nömrəli tam orta məktəbin VMA sədri Salman Əbdülovun həmin məktəbin məzunu olduğunu, məktəbə daha sıx bağlılığını qeyd etdilər.

Çıxışlardan sonra məktəbə göstərdiyi diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova VMA-nın idarə heyətinin qərarına əsasən 2012-ci il üzrə "Məktəbin dostu" adı verilib və müvafiq plaket icra hakimiyyətinin rəsmilərinə təqdim olunub.

Tədbirin ikinci hissəsində - breyn-rinq intellektual oyununda 10-cu "a", 10-cu "b", 10-cu "c" və 10-cu "d" siniflərinin komandalarının iştirakı ilə yarımfinal və final mərhələləri keçirilib. Sonda I yeri tutmuş 10-cu "d" və II yeri tutmuş 10-cu "a" siniflərinin komanda üzvləri qiymətli xatirə hədiyyələri və kubokla mükafatlandırılıblar. Bununla yanaşı, "İdman ili"nin yekunları ilə əlaqədar məktəb üzrə VMA tərəfindən məktəbə toplar, qapı toru, basketbol toru, ibtidai və yuxarı sinif şagirdləri üçün futbol formaları təqdim edilib.

Tədbirə "Odlar Yurdu" Universitetinin tələbələrinin təqdim etdikləri musiqi proqramı ilə yekun vurulub.

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov