Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Məktəb uğurlarını artırmaq əzmindədir

 

Bütün dövrlərdə müəllimlik peşəsi müqəddəs və şərəfli bir peşə hesab edilib. Bu peşənin sahibləri gənclərimizin gələcək həyatının təməlini möhkəmləndirir, şagirdlərin elmə, biliyə yiyələnməsi üçün əzmlə çalışırlar. Bu yaxınlarda yolum Şirvan şəhərinə düşmüşdü. Şirvan şəhər 4 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil müəssisəsi" adı verilməsi haqqında məlumatım var idi. Buna görə də həmin məktəbə yollandım. Məktəbin girişində 4 şagirdin böyük bir həvəslə şeir söyləmələrinin şahidi oldum. Onlara yaxınlaşaraq öyrəndim ki, məktəbin fəal şagirdlərindən olan Nəzrin Zeynalova, Xavər Məmmədyarlı, Günay Məmmədova və Əli Xudiyev hər gün dərs başlamazdan əvvəl birlikdə əzbərlədikləri şeirləri təkrarlayırlar. Əlbəttə, şagirdlərin belə məsuliyyətli olması məni ruhlandırdı. Məktəbin foyesinə daxil olanda buradakı səliqə-sahman nəzərimi cəlb etdi. Geniş və işıqlı otaqlar müasir avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin direktoru Gülmirzə Həsənovla səmimi söhbətə başladıq. O, həqiqətən, öz peşəsini ürəkdən sevən, qiymətləndirən ziyalı bir şəxsdir. Gülmirzə Həsənov Təhsil Nazirliyi tərəfindən sertifikat və fəxri fərmanla təltif olunmuşdur. Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri mütəmadi olaraq məktəbə gəlir, tədris ocağının fəaliyyəti ilə maraqlanır və Gülmirzə müəllimin işindən razılıq edirlər.

Onu da qeyd edək ki, 4 nömrəli tam orta məktəbin kimya müəllimi Şamama Yolçıyeva 2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Son 2 ildə məktəbin 5 məzunu müxtəlif fənlər üzrə keçirilən olimpiadada respublika turunda iştirak etmiş və qalib yerləri tutmuşlar. 2011-ci ildə kimya fənni üzrə Zülfi Cabbarov, biologiya fənni üzrə Yaqub Mehrəliyev, 2012-ci ildə Azərbaycan tarixi fənni üzrə Aysel Baxşıyeva, dil-ədəbiyyat fənni üzrə Gülnarə İsmayılova, kimya fənni üzrə Ələddin Baxşiyev qalib yerləri tutmuşdular. Həmçinin son iki ildə məzunlardan Ülkər Bağırova 263 bal toplayaraq BDU-ya, Nuranə Məmmədova 666 balla Azərbaycan Tibb Universitetinə, Bəhruz Şıxəliyev isə 514 balla Azərbaycan Dillər Universitetinə daxil olmuşlar. 

Səadət VƏFALI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov