Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Məktəbdə yubiley tədbiri

 

Uzun illər Goranboy rayonunun Səfikürd kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmiş, hazırda təqaüddə olan pedaqoq, el ağsaqqalı  Kərim Kərimovun dekabrın 8-də 75 illik yubileyi keçirildi. Səfikürd kənd mədəniyyət evində kənd icra nümayəndəliyinin təşkil etdiyi yubiley mərasimində Kərim müəllimin keçmiş şagirdləri, ziyalılar, həmkarları, icra orqanlarının nümayəndələri və digər qonaqlar  iştirak edirdilər. Tədbirdə çıxış edənlər Kərim müəllim ilə bağlı xatirələrini söylədilər.  Mərasimi mədəniyyət evinin musiqi kollektivinin  rəngarəng  musiqi nömrələri daha da maraqlı etdi.

44 illik pedaqoji fəaliyyəti dövründə Kərim müəllimin yetişdirdiyi şagirdlər arasında xeyli həkim, müəllim, memar, mühəndis və digər sahələr üzrə mütəxəssislər vardır. Qeyd edək ki, ötən il  onun şagirdlərindən olan Aslan Əkbərov 641 balla Goranboy rayonu üzrə ən yüksək nəticə əldə edərək  Azərbaycan Tibb Universitetinin  stomatologiya fakültəsinə daxil olmuşdur.

Yubilyarı təbrik edənlər arasında ad günü onunla bir günə təsadüf edən biologiya üzrə fəlsəfə doktoru Məftun Ələsgərovun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri, şahmat üzrə idman ustalığına namizəd Elnur Həsənovun,  el ağsaqqalı, müdrik pedaqoq Nurəddin Şirinovun, o cümlədən hazırda respublikamızın müxtəlif ali məktəblərində təhsil alan tələbələrin çıxışları maraqla qarşılandı. Keçmiş sinif yoldaşlarından Bəkir Hüseynov, Bayram İsmayılov,  müəllim yoldaşlarından  Natiq Kərimov,  Taryel Aşurov, Pünhan Muradova, Magelson Şərifov, Sərfinaz Musayeva və başqaları da çıxış edib yubilyara xoş arzularını bildirdilər.

Sonda Kərim müəllim tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi, ona ünvanlanmış sualları cavablandırdı, gənclərə tövsiyələrini verdi.

Ən böyük mükafatı el-oba məhəbbəti olan Kərim müəllim 2011-ci ildən təqaüdə çıxmışdır. 

Yusif ABBASOV,
Goranboy rayonu Səfikürd kənd tam orta
məktəbinin riyaziyyat-informatika müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov