Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Adı "Qızıl kitab"a yazılan istedad sahibi

 

Yasin Etibar oğlu Həsənov 2000-ci ilin iyununda Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə Heydər Əliyev adına liseyə yüksək bal toplayaraq qəbul olub. VI sinfə kimi bu liseydə oxuyub.  Hazırda Bakıdakı 6 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdidir.  O, 2007-ci ildən Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin vokal şöbəsinin V sinfində oxuyur.

Vaxtı ilə istedadlı uşaqların təmsil olunduğu "Bəri bax" qrupunun solisti olan Yasin hazırda Azərbaycan Respublikasının xalq artisti Rauf Babayevin və gənc vokalçı Ramil Qasımovun şagirdidir. Yasin özünün bəstələdiyi bir çox mahnılarla yanaşı, görkəmli bəstəkarlar Tofiq Quliyev, Eldar Mansurov, Faiq Sücəddinovun  və başqalarının mahnılarına dönə-dönə müraciət edir. "Vətənim", "Dostuma məktub", "Ana", "Bakım", "Azərbaycanım", "Mənim dünyam", "Sülh mesajı", "Bakı", "Dostlar" və s.adlı mahnılardır.

Yasinin 20 mahnıdan ibarət olan 2 albomu və "Vətənim" adlı klipi işıq üzü görüb.

Musiqi sahəsində bir çox uğurlara imza atan Y.Həsənov 2007-ci ildə Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən peşəkar mahnı ifaçılığına, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə uğurlu çıxışına görə diplomlarla təltif olunub. Bundan başqa, Təhsil Nazirliyi tərəfindən keçirilən yarışda da I yeri tutduğuna görə diplom alıb.

2010-cu ildə  "V&V" kompaniyası tərəfindən Heydər Əliyev adına sarayda keçirilən möhtəşəm konsertdə ilin ən gənc ifaçısı kimi "Qran-pri"yə layiq görülüb.

Elə həmin ildə Rəşid Behbudov adına musiqi teatrında keçirilən "Zirvədəkilər" müsabiqəsində diploma layiq görülüb.

2011-ci ildə Heydər Əliyev adına  sarayda  keçirilən konsertdə canlı korifey Robertino Loretti ilə duet şəklində "Camayka" mahnısını ifa edib. Yasinin ifasına heyran qalan Robertino Loretti onu öpüb bağrına basmışdır.

Həmin ildə Belarusun Mozır şəhərində beynəlxalq vokal müsabiqəsində 25 ölkədən olan 500-600 nəfər iştirakçı arasında "Qran-pri" mükafatına layiq görülüb və Azərbaycan bayrağını ucaldıb. Bu müsabiqədə sözləri Nəbi Xəzrinin, musiqisi isə Müslüm Maqomayevin olan "Azərbaycan" mahnısı böyük alqışlarla qarşılanıb.

2011-ci ilin 24-29 noyabr tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş ənənəvi "Berliner Perle - 2011" adlı beynəlxalq musiqi müsabiqəsində iştirak edən Yasin I yerə və xüsusi mükafata layiq görülüb.

2012-ci ilin 20-23 may tarixlərində Dağıstan Respublikasının Mahaçqala şəhərində keçirilmiş "Bu mahnı sənin və mənim" adlı I Beynəlxalq festivalda I yerə və tərifnaməyə layiq görülüb.

Yasin Həsənov Ukraynanın Krım şəhərində "Artek"də keçirilən 4 mərhələdən ibarət olan "Novaya volna" Junor adlı V Beynəlxalq Uşaq müsabiqəsinin təşkilat komitəsi tərəfindən və münsiflər heyətinin rəyi ilə 700 iştirakçı arasında finala vəsiqə qazanıb.

Yasin həmçinin Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunun nümayəndəsidir.

O arzu edir ki, uşaq "Eurovision"unda iştirak edərək Azərbaycanı layiqincə təmsil edib Vətənimizə birinciliyi gətirsin.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən Yasin  Etibar oğlu Həsənovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılaraq  Prezident təqaüdünə layiq görülüb.

Bu diqqət və qayğıya görə Yasin möhtərəm Prezidentimiz İlham Əliyevə və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.

Yasin gələcəkdə Bülbül, Müslüm Maqomayev və Rəşid Behbudov kimi ölməz sənətkarlarımızın davamçısı olmaq istəyir və çalışır ki, bu yolda öz sözünü deyə bilsin.

Bəli,  adı "Qızıl kitab"a yazılan nəğmə dolu bir ürək sahibi Yasinin qəlbimizə fəxarət gətirən fikirləri ilə tanış olduqda Vətən torpağının belə övladlar yetirməsindən qürur duyursan. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov