Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

2013-cü il 11-20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə
III RESPUBLİKA MUĞAM MÜSABİQƏSİ keçiriləcək.

 

Müsabiqə  xanəndə  və  xalq  çalğı  alətləri ifaçıları  üçün  nəzərdə  tutulmuşdur.

Müsabiqədə  iştirak  etmək  üçün  ərizə  və  sənədlər  1 fevral 2013-cü il tarixinədək Azərbaycan  Milli  Konservatoriyasının nəzdində Musiqi  Kollecində qəbul ediləcəkdir.

Seçim turunda 18-35 yaşlı şəxslər iştirak edə bilərlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;

2. Tərcümeyi-hal;

3. Başqa müsabiqələrin diplomlarının və ya digər mükafatların surəti (əgər varsa);

4. 2  ədəd  fotoşəkil  (7x10 sm. ölçüdə);

5. Xanəndələr 10-15 dəqiqə vaxt çərçivəsində hər hansı bir muğamı dəf müşayiəti ilə DVD - video  formatında təqdim  etməlidirlər.

6. Xalq çalğı alətləri ifaçıları hər hansı muğamı 10-15 dəqiqə vaxt çərçivəsində DVD - video formatında təqdim  etməlidirlər.   

Müsabiqənin qalibləri pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Qaliblər beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazanacaqlar. 

Ünvan: Dilarə Əliyeva küçəsi, 216,

Əlaqə telefonu: 493-62-60 

Təşkilat Komitəsi

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov