Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Kanadalı qonaqlar Lənkəran Dövlət Universitetində olublar

 

Kanadanın ali təhsil müəssisələrinin bir qrup nümayəndəsi Lənkəranda olmuşdur. Lənkəran Dövlət Universitetində (LDU) qonaqlarla görüş keçirilmişdir. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açaraq görüşün məqsəd və vəzifələrini açıqlamışdır.

Kanadanın Toronto Universitetinin professoru Robert Auistin, Vaterloo Universitetinin professoru İlham Axundov çalışdıqları ali təhsil müəssisələri haqqında məlumat vermişlər.

Universitetin elmi işlər üzrə prorektoru Ramiz Şəmmədov, humanitar elmlər fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Kamran Kazımov məlumat verdilər ki, Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Qeyd edildi ki, LDU dünyanın 100-dən çox elm və təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Qonaqlara məlumat verildi ki, LDU müstəqil Azərbaycan dövlətinin yaşıdıdır və fəaliyyət göstərdiyi 20  il ərzində böyük inkişaf yolu keçərək respublikanın cənub bölgəsində elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir.

Kanadanın Toronto Universitetinin tələbələrindən Z.Parrot, E.Vıitnar, S.Norovik, P.Osnervina, Y.Li LDU-nun tələbələri ilə fikir mübadiləsi apardılar. Müzakirədə LDU-nun tələbələrindən Şəhla Adgözəlova, Sevinc Şirzadova, Uğur Qurbanzadə, ingilis dili müəllimləri Asudə Abdullayeva, Aynur Bünyadova, Rəfael Heydərov, Haşım Əkbərov iştirak edərək Azərbaycan həqiqətlərindən, Qarabağ münaqişəsindən, Azərbaycanda mədəniyyət və şəxsiyyətin formalaşdırılması, elm və təhsilin, turizmin inkişafı istiqamətində gedən işlərdən, milli şəxsiyyətin formalaşması və dünyaya çıxışında kinonun rolundan danışdılar.

Kanadalı qonaqlar həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətində də olmuşlar. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları rayonun sosial-iqtisadi həyatı ilə tanış etmişdir.

Lənkəranın tarixi və görməli  yerləri ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.     

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və  informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov