Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Görkəmli sərkərdə və şair yad edildi

 

Bu günlərdə Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbində görkəmli sərkərdə və şair Şah İsmayıl Xətainin anadan olmasının 525-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Arifə Əliyeva görkəmli sərkərdənin xalqımızın tarixindəki yeri və xidmətləri barədə danışaraq, ilk dəfə onun yaratdığı Səfəvilər dövlətində Azərbaycan dilinin rəsmi dövlət dili kimi işləndiyini diqqətə çatdırdı.

Məktəbin tarix müəllimi Zaur İbrahimov Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin həyatı haqqında geniş məlumat verərək tariximizdə ikinci dəfə vahid Azərbaycan dövləti yaratdığını söylədi. Məktəbin dil-ədəbiyyat müəllimi Xuraman Xəlilova Şah İsmayıl Xətainin ana dilli poeziyamızın inkişafındakı müstəsna xidmətlərindən danışaraq əsərləri barədə ətraflı məlumat verdi. Sonda VIII "b", IX "b" sinif şagirdləri şairin əsərlərindən parçalar ifa etdilər. Maraqlı keçən tədbir böyük bəstəkar Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertüranın səslənməsi ilə başa çatdı. 

Zaur FATEH,
Hacıqabul rayonu Kolanı kənd
 tam orta məktəbinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov