Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Tələbələr imtahanların obyektiv və şəffaf keçirilməsindən razılıq edirlər

 

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində  qış imtahan sessiyasının təşkili ilə əlaqədar   mətbuat konfransı keçirildi. Tədbiri ADPU-nun  tədris işləri üzrə  prorektoru, professor Malik Cəbrayılov açaraq  imtahanların İKT vasitəsilə aparılmasını diqqətə çatdırdı.   

Bildirdi ki, universitetdə artıq  tədris planları  dəyişilib, proqramlar yeniləşib, kafedraların strukturlarında  yeniliklər və təhsilin keyfiyyətinin artırılmasında  xeyli iş görülüb.

ADPU-nun tədris-metodika şöbəsinin müdiri, dosent Namiq  Hacıyev  universitetdə gedən  imtahanların  gedişi haqqında  məlumat verdi. Sonra  qonaqlar imtahan  gedən otaqlara baxdılar.  Ayrı-ayrı otaqlarda filologiya, tarix və coğrafiya  fakültələrinin  əyani şöbəsində oxuyan I, III, IV   kurs tələbələri imtahan  verirdilər. Otaqların hər birinə nəzarətçilər ayrılmış və tələbələrin öz biliklərini nümayiş etdirmələri üçün   lazımi şərait yaradılmışdır. Burada imtahanlarla əlaqədar yaradılmış "Qaynar xətt"in sədri, professor Süleyman Məmmədov və   imtahan nəzarət qrupunun rəhbəri, dosent Qulaməli Balaşovla görüşdük.  Q.Balaşov dedi ki, bir gündə İKT-dən istifadə etməklə  1400  tələbə imtahan verib  öz qiymətini bilir. Digər bir  otaqda isə universitetin coğrafiya,  pedaqogika-psixologiya, mühəndis-pedaqoji və bədii qrafika fakültələrinin qiyabi şöbəsində oxuyan  IV və V kurs tələbələri də   yazılı  imtahan verirlər.

Biz bunlarla  yanaşı  II mərhələ üzrə imtahan verən tələbələrlə də  tanış olduq. Məlum oldu ki, bu otaqda 70 bal toplayıb qiymət alan tələbələr öz qiymətlərindən narazı qaldıqlarına  görə  "yaxşı" və "əla" qiymət almaq üçün ikinci dəfə imtahan verirlər.  

Tələbələr  imtahanların  obyektiv və şəffaf keçirilməsindən  razılıq edirdilər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov