Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Bağça əsaslı təmir olunur

 

Lerik şəhərinin mərkəzində yerləşən ikimərtəbəli 110 yerlik uşaq bağçasının təmiri yaxın günlərdə başa çatdırılacaqdır. Əvvəlki görkəmi xeyli dəyişmiş bağçada bütün işlər xüsusi zövqlə görülür.

Binanın dam örtüyü dəyişdirilmiş, bütün otaqlar əsaslı təmir olunmuşdur. İstilik, elektrik sistemləri, su qovşağı təzələnmişdir. İndi burada körpələrin şən, sağlam böyüməsi üçün hər cür şərait vardır. Hazırda bağçada son təmir işləri görülür.

Qeyd edək ki, 1985-ci ildə tikilmiş bağçada indiyə qədər əsaslı təmir işləri aparılmamışdır. 

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər  Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov