Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Şamaxı şahmatçısı 6-cı dəfə finalda

 

Yanvar  ayının  2-12-si tarixlərində  Kürdəmir  şəhərində  yaş  qrupları  üzrə  Azərbaycan  birinciliyinin  seçmə  oyunları keçirilmişdir. Yarışda  Bakı  şahmatçıları  istisna  olmaqla  respublikanın  bütün  şəhər  və  rayonlarının   şahmatçıları  təmsil  olunmuşdur.   

5 yaş qrupu  üzrə  oğlanlar  və  qızlar  arasında   finalda  mübarizə  aparacaq  şahmatçıların adları  məlum  olmuşdur.  Yarışlar  İsveçrə  sistemi  üzrə  keçirilmiş  və  əksər  yaş  qruplarında 9 tur  oynanılmışdır. Şamaxı  şahmatçıları  uğurla  yarışmışlar. Niyaz  Məmmədov xüsusilə  fərqlənmişdir. 14  yaşlı şahmatçımız  bütün  turnir  boyu  liderlər  sırasında  olmuş,  Quba  şahmatçısı  Şəhriyar İsgəndərov  və  Şəki  şahmatçısı  Faiq İmamverdiyevlə  birlikdə  7  xal  toplayaraq  turnirin  qalibləri  kimi  finala  vəsiqə qazanmışlar. Əlavə  göstəricilərə  görə   Niyaz  Məmmədov  ikinci  mükafata  layiq  görülmüşdür. Xüsusilə  qeyd  edilməlidir ki,  bu,  Niyazın  final  mərhələsinə  6-cı  vəsiqəsidir. O, 2008,  2009-cu  illərdə  10  yaşlıların, 2010-cu  ildə  12  yaşlıların (finalda Niyaz V yeri  tutmuşdur), bu il isə  14  yaşlıların  turnirində  qalib  gəlmişdir. 2011-2012-ci  illərdə  isə  Niyaz  finala  vəsiqəni  Şamaxının  oğlanlardan  ibarət  komandasının  tərkibində  qazanmışdır.

Niyaz  Məmmədov  2010-cu  ildə  Gürcüstanın   Batumi  şəhərində  keçirilən  yeniyetmə   şahmatçıların Avropa  çempionatında da  uğurla  yarışmışdır.

14  yaşlılar arasında  digər   Şamaxı şahmatçısı  Saleh Abdulrəhmanov   da uğurla  yarışmışdır. Saleh  4  şahmatçı  ilə  yanaşı  6.5  xal  toplayaraq  IV-VI  yerləri  bölüşmüşdür  və  yalnız  əlavə  göstəricilərə  görə  finala düşə  bilməmişdir.  Digər   Şamaxı şahmatçıları - Asim  Sərxanov,  Cavanşir  Məmmədov,  Mənsur  Sərxanov  və  İlahə  Xudiyeva  da turnirdə  uğurla   çıxış  etmişlər.

Şahmatçılarımızı,  onların  məşqçisi -  məktəbin   baş  məşqçi-müəllimi  Yaşar  Məmmədovu təbrik  edir  və  onlara  yeni-yeni uğurlar   arzulayırıq. Niyazın  mart  ayında  Bakı  şəhərində respublika birinciliyinin finalında  çıxış  edəcəyi  dördüncü cəhdində daha böyük  qələbəyə  nail  olacağına  inanırıq. 

Asif  AĞAYEV,
Şamaxı  Şahmat  Məktəbinin   direktoru,
əməkdar müəllim,  fəxri bədən tərbiyəsi və idman işçisi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov