Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Qəbələ rayonunda yeni məktəb binası tikilir

 

Qəbələ Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonda məktəblər üçün yeni binaların  inşası və  ya onların əsaslı təmiri, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil Nazirliyinin sifarişi ilə hazırda rayonun Kiçik Pirəlli kənd məktəbi üçün 180 şagird yerlik yeni  binanın inşası sürətlə davam etdirilir.  Artıq binanın hörgü işləri başa  çatdırılmış, dam örtüyü, qapı-pəncərələri quraşdırılmışdır. Binaların fasad hissəsində və otaqlarında rənglənmə, döşəmələrdə  metlax işləri görülür. Məktəbin yeni dərs  ilində istifadəyə verilməsi nəzərdə tutulur.  İki ay bundan əvvəl Qəbələnin Nic qəsəbəsində  360, Tola kəndində 180, Topbağ və Solqıca kəndlərində 80 şagird yerlik yeni məktəb binaları,  Vəndam qəsəbəsində isə əsaslı təmir olunmuş 1 nömrəli məktəbin binası müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Ümumiyyətlə, son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda 20 məktəb binası tikilmiş və 4 məktəb binası isə əsaslı təmir olunmuşdur.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov